Qayıtmağa gəlməmişəm
Həmişəlik sizinlə olmaq, sizinlə qalmaq istəyirik! İnsan çirkinliklərdən uzaqlaşmaq, günahlardan qorunmaqla öz qəlbini Əhli-beyt (ə) nuruna layiq edir, müqəddəs vücudlara yaxınlaşır. Belə bir şəxs Əhli-beyt (ə) və mələklər tərəfindən cəzb olunur. O, sirati-mustəqimə, haqq yola dönür. Ömər Səd Aşura gününün başlanğıcında imam Hüseynlə (ə) danışıq üçün dörd nəfər göndərdi. İmam Hüseyn (ə) Ömər Sədin məktubuna cavab versə də, gələnlər geri dönmədi. Həzrət buyurdu: “Nə üçün mənim cavabımı aparmırsınız?” Dedilər: “Qayıtmağa gəlməmişik! Həmişəlik sizinlə olmaq, sizinlə qalmaq istəyirik!” (“Pişvayi-şəhidan”, 385) Bəli, qəlbdə hazırlıq olduqda Əhli-beyt (ə) nuru görünməyə başlayır. Bu nur insanın imamət çevrəsinə yaxınlaşmasına səbəb olur. Beləcə, insan dünya və axirət xoşbəxtliyinə qovuşur. Əhli-Beytə (ə) beyət Allaha beyətdir Rəvayətlərə əsasən Allahın nuru olan imam Allaha məxsus mənəvi şənə malikdir. Ona itaət edən Allaha itaət etmişdir, onu dost tutan Allahı dost tutmuşdur, ona beyət edən Ona beyət etmişdir. İbn Abbas deyir: “Mən Kəbə evinin təvafında səmavi bir nida eşitdim: “Ey insanlar! Allaha beyət etmək istəyən Hüseynə beyət etsin!” Mən səs eşitdim, amma kimsəni görmədim.” (“İhqaqul-həqq”) Oxşar xəbərlər
|