İMAM SƏCCADIN (Ə) MÜDAFIƏSI
O Hüseyni öz canı kimi sevirdi İmam, yəni Allahın yer üzündə nümayəndə və canişini. Bütün mövcudatın həyatı və varlıq aləminin aramlığı İmamın vücudu səbəbindəndir. İmamət ailəsində böyümüş, Əli və Fatimə yetirməsi olan Zeynəb imamət məqamına bələddir, bu məqamın əzəmətini onun uca və dəyərli yerini yaxşı dərk edir, zəmanənin imamı qarşısında öz vəzifələrini gözəl bilir. Bu sözə ən yaxşı şahid isə, tarixin özüdür. O, atası Əlinin (ə) həyatı dövründə onun qızı olmasını nəzərə almaqdan, özünü atasının tapşırıqları qarşısında müti bilirdi. Qardaşı imam Müctəbanın (ə) həyatı zamanında da bu qaydayda əməl edirdi. Qardaşı Hüseyndən itaəti isə, Kərbəla tarixində aydın görünür. O Hüseyni öz canı kimi sevirdi. İndi imamət, qardaşının yadigarı imam Səccada (ə) çatmışdır. Hüseyn hərəminin qadın və uşaqlarının başçısı olan Zeynəb, heyrətamiz tədbir və müdriyyətlə bütün səhnələrdə hazırdır. Həzrət Səccad (ə) onun imamıdır. Zeynəb, o İmamın icazəsi olmadan bir iş görmür. İndi onun məsuliyyəti əvvəlkindən daha ağırdır. O, həm də İmamın canını qoruyur və onun üçün bundan mühüm bir iş yoxdur. Tarixə əsasən, Zeynəbi-Kubra ən azı üç yerdə imam Səccadın (ə) canını xilas etmək üçün çalışıb, canfəşanlıq etmişdir. Oxşar xəbərlər
|