Təəccüblüdür o kəs ki, dünyaya bel bağlayır...
Möminin işi qəribədir, and olsun Allaha! Allah onun üçün xeyirdən başqa bir şey müqəddər etmir Həzrət Peyğəmbər (s) buyurur: Təəccüblüdür o kəs ki, dünyaya bel bağlayır, halbuki, ölüm arxasıncadır. Təəccüb edirəm o kəsə ki, ağzı gülməkdən cırılır, lakin bilmir Allah ondan razıdır ya yox. Təəccüb! Çox təəccüb o kəsə ki, əbədi yaşayacağını zənn edir və başdan ayağa hiylə olan bu dünya üçün çalışır. Möminin işi qəribədir, and olsun Allaha! Allah onun üçün xeyirdən başqa bir şey müqəddər etmir. Qiyamət yaxınlaşır lakin insanlar dünyaya hərislikdən başqa bir şey əldə etməyiblər, saleh kişilər bir-birinin ardınca aradan gedir, Allahın etina etmədiyi pis və alçaq adamlardan başqa bir kəs qalmır. Siz tikanı qardaşınızın gözündə görürsünüz amma öz gözünüzdə budağı görmürsünüz. Bu böyük xəyanətdir ki, mömin qardaşın sənə inanıb, sözlərini təsdiq etdiyi halda sən ona yalan danışırsan. (Bizim rəftarımız belədir ki,) sanki (dünyada) haqq yol başqaları üçün, ölüm də məhz təkcə onlar üçün yazılıb; sanki o ölüləri ki, müşayiət edirik, səfərə yola salırıq və guya tezliklə qayıdacaqlar, bədənlərini torpağa tapşırırıq və onlardan irs qalan mal-dövləti yeyirik, guya ki, biz onlardan sonra əbədi yaşayacağıq, nəsihət edənləri unutmuşuq, sanki bütün hadisələrdən amandayıq. Xoş o kəsin halına ki, öz eyibləri başını elə qatıb ki, başqalarının eyiblərini görmür və əlinə gələn malı günahdan başqa yolda sərf edir, elm və hikmət əhli ilə oturub-durur, günah və bəd əməl sahiblərindən uzaq gəzir. Xoş o kəsin halına ki, özü öz nəzərində dəyərsiz olsun, xoş əxlaq sahibi olsun, malının artıq qalanını (ehtiyacı olanlara) bağışlasın, artıq danışmasın, İslamın qoyduğu yol ona bəs etsin, bidətdən və digər batil yollardan özünü qorusun. Oxşar xəbərlər
|