Əllamə Təbatəbainin dünya istəyənlərə sözü
Əllamə Təbatəbainin həyatı böyük elmi dəyərə malik olduğu kimi onun həyatının mənəvi dəyərləri də saysiz-hesabsızdır.
İslaminSesi xəbər verir ki bu gün Məhərrəm ayının 18-dir. Məşhur azərbaycanlı alim, filosof, arif və çoxsaylı qiymətli kitabların sahibi Əllamə Seyyid Məhəmməd-Hüseyn Təbatəbai (1892- 1981)məhz bu gündə vəfat edib. Əllamə islam fəlsəfəsində son əsrlərdə ən böyük söz sahibi olduğu kimi, Quranın təfsirində də dövrünün dahisi sayılır. Əllamə Təbatəbainin həyatının elmi dəyəri hamıya məlumdur. Burada onun həyatının mənəvi dəyərlərini əks etdirən iki məqama toxunmaq istəirik: 1- Əllamə təbatəbainin xatirələrində deyilir: “Mən təhsil üçün Nəcəfə gedəndə Mərhum Qazinin yanına tez-tez gedirdim. Bu mənlə onun arasında qohumluğun olmasına görə idi. Bir gün Nəcəfdə mədrəsənin həyətində idim. Ayətullah Qazi də gəlib oradan keçirdi. Mənə çatanda əlini çiynimə qoyub dedi: Oğlum əgər dünya istəyirsən gecə namazı qıl, əgər axirət istəyirsən yenə gecə namazı qıl” 2- Əllamə Təbatəbai deyir: Mən yeniyetmə dövrümdə Ayətullah Seyyid Əhməd Qazinin evinə tez-tez gedərdim. Günlərin çoxunu onların evində qalıb, gələn qonaqları qarşılayıb , onlara xidmət göstərərdim. Bir gün Ayətullah Qazinin yanında oturmuşdum. Həyat yoldaşı bizim olduğumuz otağın qapısınn arxasından səsləndi və çörək almaq üçün Ayətullah Qazidən pul istədi. Ayətullah Qazi dedi ki pulum yoxdu. Həyat yoldaşı onun bu cavabından narahat olub acığlanaraq dedi: Bu da oldu yaşayış?!. O bunu deyib getdi. Mən gördüm ki ustadın halı pərişan oldu. Bu zaman həyəti bir külək basdı, sanki kiçik bir fırtına qopdu və sonra külək çəkildi. Ayətullah Qazi mənə dedi: Get həyətə yığılmış yarpaqların altında bir iki tümənlik var, onu götür ver bizim xanıma. Mən getdim və o yarpaqların arasından bir iki tümənlik gördüm və götürüb, ustadın buyurduğu kimi onun xanımına verdim. Mən belə bir hadisənin baş verməsindən heyrətdə idim. Buna görədir ki Mütəal Allah buyurur: Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk. (Hicr-21) Oxşar xəbərlər
|