Quranı oxuyanın üç şeyə ehtiyacı vardır – ayətullah Nəraqinin Quranla bağlı tövsiyələri
O kəs ki, iman əhlidir, Qurana yaxın olar və onun feyz və bərəkətindən həmişə faydalanmağa çalışar. Quranın qiraətinin ədəb və qaydalarına riayət edərək, daha çox mənəvi bəhrə aparmağa səy göstərər.
Böyük İslam alimi olan Ayətullah Nəraqinin bizlərə Quranla bağlı tövsiyələrinə nəzər salaq. Quran qəlbə cila verər. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü Qurandan uca şəfaətçi olmayacaqdır, nə peyğəmbər, nə mələk və nə də bir başqası”. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Qəlblər paslanar, necə ki, dəmir paslanar”. Bir nəfər soruşur ki, bəs qəlbə necə cila verək? Buyurur: “Quran oxumaq və ölümü yada salmaqla”. Ayətullah Nəraqi buyurur: “Əgər riyadan amanda olsanız, Quranı bir qədər yüksək səslə oxuyun. Ayələrinin haqqına riayət edin. Bu yolla ki, o zaman səcdə ayələrinə gəlib çatırsınız – səcdə edin. O zaman ki, əzab ayələrinə çatırsınız – Allaha pənah aparın. O zaman ki, behişt nemətləri zikr olunur – onu Allahdan istəyin. O zaman ki, Allahı təkbir edən ayələrə çatırsınız – Allaha təsbih edin. O zaman ki, dua və istiğfar ayəsinə çatırsınız – dua və istiğfar edin. Oxumazdan əvvəl deyin: «أعوذ باللّه السّمیع العلیم من الشّیطان الرّجیم» O zaman ki, bir surəni başa vurursunuz, deyin: «صدق اللّه العلىّ العظیم و بلغ رسوله الكریم اللّهم انفعنا به و بارك لنا فیه الحمد للّه ربّ العالمین» İmam Sadiq (ə) buyurur: “Qurani-Kərim hüznlə nazil olmuşdur, ona görə siz də onu hüznlə oxuyun”. Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “O kəs ki, Quran oxuyar, ancaq qəlbi müti olmaz, özündə hüzn hiss etməz – böyük işi kiçik hesab etmiş olar və ziyan etmiş olar”. Ona görə də Quranı oxuyanın üç şeyə ehtiyacı vardır: 1. Müti olan qəlb. 2. Diqqəti cəmləmək. 3. Aram halda oxumaq. O zaman ki, insanın qəlbi müti olar, şeytani fikirlər qaçar. O zaman ki, insan diqqətini toplayar, yerinə yetirdiyi əməl nəticəsiz qalmaz. O zaman ki, xəlvət yerdə, aram halda olar – həm canı və həm də ruhu Qurana yaxınlaşar. Allahla söhbət etməyin şirinliyini hiss edər. Ona görə də Quran oxumağı hər işdən üstün bilər. Ən yaxşı zamanını onu oxumağa sərf edər. Əgər Quran haqqında təfəkkür edə bilmirsinizsə, həmin ayəni bir neçə dəfə təkrardan oxumağa çalışın. Böyük alimlər bir ayə haqqında uzun zaman təfəkkür ediblər. O zaman ki, Allahın adları olan ayələrə çatırsınız, bu adların gözəlliyi və mənası barəsində düşünün. Ola bilsin ki, bu yolla həmin adların sirri sizin üçün aşkar olsun. O zaman ki, Allahın feilləri olan ayələrə çatırsınız, Allahın əzəməti və cəlalı barəsində düşünün və hər bir əməlin faili barəsində təfəkkür edin. O zaman ki, İlahi yardımın bəyan olunduğu ayələrə çatırsınız, Allahın qüdrətini yadınıza salın. Allahın kəlamını necə oxuduğuna diqqət et və bax gör Onun əmr və qadağaları qarşısında nə vəziyyətdəsən və hansı hədlərinə riayət edirsən. Çünki Quran elə bir kitabdır ki, batilin ona yolu olmaz. Həkim olan Allah tərəfindəndir. Ona görə də onu diqqətlə oxu, çəkdiyi misal və moizələri haqqında düşün”. (Tebyan) /Deyerler.org/ Oxşar xəbərlər
|