“Nə qədər ki, müsəlmanların Hüseyni (ə) var, heç kəs onlara nüfuz etmək qüdrətinə malik ola bilməz...”
Mьəllif: admin1
Tarix: 22-10-2016, 19:28
“Nə qədər ki, müsəlmanların Hüseyni (ə) var, heç kəs onlara nüfuz etmək qüdrətinə malik ola bilməz...”
Aşura hadisəsinin əzəməti o qədər böyükdür ki, bir çox dünya mütəfəkkirləri onun haqqında öz fikirlərini bildirmişdilər.
Əllamə Əlayi (misirli yazıçı).
“Hər bir millətin tarixi – onun dahilərinin tarixidir. O millətin ki, dahisi və böyük insanı yoxdur, dəyərli tarixə malik deyildir deməkdir. Biz Hüseyni (ə) tarixin dahi insanı kimi tanıyırıq. O, nəinki öz millətinin tarixinin böyük insandır, bütün dünya tarixinin dahisidir. Hər bir kəsi öz əzəməti ilə kiçiltdi və öz şəxsiyyətini onların hamısından üstün etdi. Bu, qəribə deyildir. Çünki tarixdə tanınmış böyük insanların əksər hissəsi elmləri və torpaqda fəaliyyətləri ilə tanınmışdılar. Ancaq Hüseyn (ə) öz canını fəda etdi...”.

Doktor Taha Hüseyn (misirli alim).
“İbni Ziyad elə bilirdi ki, Hüseyni (ə) öldürərək fitnənin kökünü bərkidəcək və Əhli-beyt (ə) davamçılarını ümidsiz edəcəkdir. Bu yolla onlar öz hədəflərindən əl çəkəcəklər. Boyun əymək istəmədikləri şeyə boyun əyəcəklər. İbni Ziyad fitnəni daha da alovlandırdı və onun bu pis işi başqa pis işlərə yol açdı. Qanlar töküldü, qadınlara və uşaqlara işgəncələr verildi. Ancaq İbni Ziyad gözlədiyi nəticəni ala bilmədi”.

Marvin (alman alimi).
“İmam Hüseyn ibn Əli (ə) Peyğəmbərin (s) əziz qızı Fatimədən (ə) dünyaya gəlmişdi. Tək insandır ki, o zəmanənin zülmünə qarşı çıxmışdır. O, elə bir siyasətçi bir insan idi ki, indiyə qədər heç kəs bu cür təsirli siyasət göstərə bilməmişdir. Hüseyn (ə) öz şüarında deyirdi: “Mən haqq və həqiqət yolunda öldürüləcəyəm. Haqsıza əl verməyəcəyəm””.

Venistan (amerikalı alim).
“Müsəlmanın üç qalarlı şeyi vardır: tilavət olunan Quranı, Kəbəsi ki, həmrəylik və vəhdət yaradar, Hüseyn (ə) ki, yada salınar və ondan ilham alınar. Nə qədər ki, bunlar var – heç kəs onlara nüfuz etmək qüdrətinə malik ola bilməz”. (Erfan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031