Əmirəl-möminin (ə) döyüş fillərini necə ram etdi?
Mьəllif: admin1
Tarix: 24-10-2016, 10:29
Əmirəl-möminin (ə) döyüş fillərini necə ram etdi?
Əmmar Yasir nəql edir: “O zaman ki, Peyğəmbər (s) İmam Əlini (ə) Omana Culəndi ibni Kərkər ilə vuruşmaq üçün göndərir, onların arasında şiddətli döyüş gedir. Culəndi öz nökərinə deyir: “Əgər sən başında qara əmmaməsi olan şəxsin yanına getsən və onu əsir tutsan və ya öldürsən, mən padşahların oğluna vermədiyim qızımı sənə verəcəyəm”.
Bu nökər də ağ filə minir və döyüşə gedir. Culəndinin 30 fili var idi ki, onu müsəlmanlarla döyüşə göndərmişdi. O zaman ki, İmamın (ə) gözü ona dəyir, atdan yerə düşür. Əmmaməsini başından çıxardır və bir qədər irəli gəlir. Sonra atına minib, fillərə tərəf gedir. Kəlmələr deyərək, fillərlə danışmağa başlayır ki, heç kəs bu sözləri başa düşmürdü. Bu fillərin 29 dənəsi başını aşağı saldılar və müşriklərə hücum etdilər və onları geri çəkilməyə məcbur etdilər. Sonra İmamın (ə) yanına gəlib onunla danışmağa başladılar. İnsanlar onların səsini eşidirdi. Onlar deyirdilər: “Ey Əli! Biz Muhəmmədi (s) tanıyırıq və Muhəmmədin (s) Allahına imanımız vardır. Məgər o ağ fildən başqa ki, o, Muhəmmədi (s) və Ali-Muhəmmədi (ə) tanımır”.
İmam Əli (ə) qəzəblənir və alnının bəndini bağlayır. Filə üz tutub Zülfüqar ilə ona zərbə vurur. Filin başı kəsilir və dağ kimi yerə yıxılır. İmam (ə) nökəri tutub öldürmək istəyəndə Cəbrayil (ə) Peyğəmbərə (s) nazil olur və olanları ona xəbər verir. Həzrət Peyğəmbər (s) mübarək səsini Mədinədən İmam Əliyə (ə) çatdırır və buyurur: “Ey Əbəl Həsən! Onu mənə bağışla ki, sənin əsirindir”. İmam (ə) da onu buraxır.
Nökər soruşur: “Ey Əbəl Həsən! Sənə nə mane oldu ki, məni öldürmədin?”.
İmam (ə) buyurur: “Vay olsun sənə! Bir bax!”. Və Allah gözünün önündə olan pərdələri götürür və o, Peyğəmbəri (s) səhabələri ilə birlikdə Mədinədə görür. Soruşur: “Ey Əbəl Həsən! Bu şəxs kimdir?”.
İmam (ə) buyurur: “Seyyidimiz və ağamız Allahın Rəsuludur”.
Nökər deyir: “Ey Əli! Buradan oraya nə qədər fasilə vardır?”.
İmam (ə) buyurur: “40 gün”.
Deyir: “Ey Əli! Həqiqətən, Allahınız böyük Allahdır. Peyğəmbəriniz (s) də kərim və bağışlayandır. Əlini qaldır ki, iman gətirim”.
İmam (ə) Cüləndini məhv edir və çox sayda insan dənizdə qərq olurlar. Bəziləri isə təslim olub, iman gətirirlər. İmam (ə) qalanı bu nökərə verir və Culəndinin qızı ilə evləndirir. Bir dəstə müsəlmanı da orada qoyur ki, insanlara dini vacibatları öyrətsinlər və özü də Mədinəyə qayıdır”. (Tebyan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930