Tək ya cüt asqırmağın dini baxımdan izahı
Dini baxımdan asqırmaq, “səbr gətirmə”yin və ya bunun tək ya cüt olmasının bir mənası və izahi varmı?
El arasında belə fikir formalaşıb ki, bir dəfə asqırsan bu tək səbir deməkdir. Belə fikir formalaşıb ki bu zaman qəsd etdiyin işdə səbr etməlisən çünki tək səbir nəhs əlamətidir. Amma cüt səbrin güya xoş məramlı olduğu deyilir. Bəzi ictimaiyyətlərdə də ümumiyyətlə asqırmaq nəhslik əlamətidir və bu zaman qəsd etdiyin işi səbr edib bir yolla təxirə salmalısan. Dini baxımdan asqırmaq, “səbr gətirmə”yin və ya bunun tək ya cüt olmasının bir mənası və izahi varmı? Cavab: Birinci növbədə demək lazımdir ki, yuxarıda qeyd edilən və formalaşan bu fikirlərin heç birinin dini və nə də elmi əsası yoxdur. Tam əsasssız bir fikirlərdir. İkinci növbədə vurğulamaq lazımdır ki, asqırmaq nə inki nəhslik əksinə yaxşı və hikmətli əməllərdən xəbər verir. Hədislərin birində gəlib ki asqırmağ bədəni rahatlaşdırar və sağlam edər və asqırmaq olan gündə fizioloji baxımdan insanda ölüm gətirən səbəblər ortaya çıxmaz. (Mustafa Hüseyni Dəşti, Məaref və Məariif, cild-7, səh-389) Həzrət Peyğəmbər buyurub: “Xəstənin asqırması onun şəfa tapacağının və bədəninin rahatlığının əlamətidir”(Abdullah Şübbər, Əxlaq,) İmam Sadiq buyurub: Asqıran adam cüzam, baş ağrısı, burunun tutulması, gözün içində tükün bitməsi, göz yaşının çoxlu axması kimi xəstəliklərdən uzaq olar” Hədislərdə buyurulur ki, asqırmaq 3 dəfədən keçərsə artıq bu insanın xəstə olmasını göstərir. İmam Rza asqırmağın hikməti haqda maraqlı bir hədis buyurur: “Allah insana nemət verir və insan ona görə şükr etmir. Bəzən Alah bu insanın bədəninə bir yel salar. Bu yel bədəndə fırlanar və gəlib, burundan və ağızdan çıxar. (həmin bədən üzvləri ki neməti burunla iyini görüb ağzıyla dadandan sonra ağız açıb şükr etməli idi amma etməmişdi.) Bu zaman asqırmaq gələr." İmam Rza belə davam edir: Buna görədir ki asqran adam dərhal “Əl-Həmdu-lillah” (Allaha şükür) desin! Allah bu asqırmağı vaxtında etmədiyin şükrün əvəzində səndən alar. Hədislərə görə asqıran adama “Yərhəmukəllah” demək lazımdır. Amma 3 dəfədən artıq asqırsa ona “Şəfakəllah” demək lazımdır. Asqıran adam isə ona du edən insanlara “Ğəfərəkumullah”, “Yəhdikumullah və yuslih baləkum” və sair dualar etməlidir. Oxşar xəbərlər
|