QEYBӘT - Şeir
Mьəllif: admin1
Tarix: 28-10-2016, 22:09
QEYBӘT - Şeir

Qardaşın ətin yeməkdi, Ölü ikən qeybət etmək.
İnsana haram edilmiş,
Çünki bir zəhərdi qeybət.
Sonu od, alov, Cəhənnəm,
Qəm-qüssə, qəhərdi qeybət.

Dəyişilib adı qeybətin,
İndi söhbət olmuş, ey dost!
Məhv edir şəxsin heybətin,
Güllədən betərdi qeybət.

Qardaşın ətin yeməkdi,
Ölü ikən qeybət etmək.
Fikirləş, gör nə deməkdir!
Özünə zərərdi qeybət.

Әməlin gedər əlindən,
Qeybəti olan kimsəyə.
İşlədin qazandı özgə,
Ona çox səmərdi qeybət.

Hərə bir cür qeybət eylər,
Guya ki, dərdini söylər.
Eşidirsən elə şeylər,
Bəzi vaxt xəbərdi qeybət.

Axırda gedər Cənnətə,
Qeybət əhli tövbə etsə.
Düşəcəkdir əziyyətə,
Bilək, bu təhərdi qeybət.

Ey Səməndər, etmə qeybət!
Әliboş qalarsan əlbət.
Cənnətə çəkərsən həsrət,
Sanma ki, bəhərdi qeybət!
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930