YALAN
Mьəllif: admin1
Tarix: 3-11-2016, 22:52
YALAN

Yalan bəşəriyyətin açıq düşmənidir
Yalan böyük günah hesab olunur. Bütün səmavi dinlər, eləcə də, İslam yalanı haram bilir. İslam peyğəmbəri (s) buyurur: “Kəbirə günahların ən böyüyü şirk, valideynin üzünə ağ olmaq və yalandır“; “Mömin üzürsüz olaraq yalan danışarsa, 70 min mələk ona lənət oxuyar.”
Yalan bəşəriyyətin açıq düşmənidir. O, narkotik maddə kimi insanların şüurunu məhv edib, həqiqətlərin üstünə pərdə çəkir. Yalan insanın şəxsiyyətini şübhə altına alır. İslam peyğəmbəri (s) buyurur: “Üç qism insan namaz qılıb oruc tutsa da, münafiqdir: yalançı, vədinə vəfa etməyən və əmanətə xəyanət edən.” Həzrət Əli (ə) buyurur: “İnsan o zaman imanın ləzzətini dadır ki, hətta zarafata olsa belə yalanı tərk edir.”
Cəmiyyət doğru informasiyaya ehtiyaclıdır. Təsəvvür edin ki, gözləri bağlanmış insan qarşısındakı quyulardan sağ-salamat keçmək üçün ətrafındakılardan məlumat alır. Əgər ətrafdakılar yolu quyu, quyunu yol kimi tanıtdırsalar, gözü bağlı insanı nə gözləyir?!
Yaşadığımız dünyada elə qlobal yalanlarla rastlaşırıq ki, ən mötəbər təşkilatlara belə inam itir. Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini işğal etdiyi halda, dünya Azərbaycanı ittiham edir. İsrail Fələstin torpaqlarını qəsb etdiyi halda, fələstinlilər terorist adlandırılır. Odur ki, yalan ayaq tutub yeriyir deyirlər.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031