Təəccübə görə olmayan gülüş nadanlıq nişanəsidir
Həzrət İmam Əli (ə) buyurub: “Peyğəmbərin (s) gülüşü təbəssüm idi.“[1]
Həzrət İmam Baqir (ə) buyurub: “Qəhqəhə ilə güləndən sonra de: İlahi! Mənə qəzəblənmə.”[2] Həzrət İmam Sadiq (ə) buyurub: “Qəhqəhə çəkmək şeytandandır.”[3] “Möminin gülüşü təbəssümdür.” [4] “Kim öz qardaşına təbəssüm etsə, həmin təbəssüm ona bir savab olar.” [5] Həzrət Məhəmməd Peyğəmbər buyurub: “Çox gülməkdən ehtiyatlı ol ki, qəlbi öldürər.” [6] “Əgər mən bildiyimi siz bilsəydiniz, az gülüb çox ağlayardınız.” [7] Merac hədisində deyilir: “Allah-taala buyurur: Mənim ondan razı, ya narazı olduğumu bilmədiyi halda gülən bəndəyə təəccüb edirəm.” [8] İmam Əli (ə) buyurub: “Çox gülənin zəhmi aradan gedər.”[9] İmam Əskəri (ə) buyurub: “Təəccübə görə olmayan gülüş nadanlıq nişanəsidir.” [10] www.ahliman.info [1] Əmali-Tusi, səh. 552, hədis1156 [2] əl-Kafi, c.2, səh. 664, hədis13 [3] əl-Kafi, c.2,səh. 662, hədis10 [4] əl-Kafi, c.2, səh. 662, hədis5 [5] əl-Kafi, c.2, səh. 206, hədis1 [6] Məani-Əxbar, səh. 335, hədis1 [7] Nurus-Səqəleyn, c.1, səh. 249, hədis261 [8] İrşadul-Qulub, səh. 200 [9] Tuhəful-Uqul, səh. 96 [10] Biharul-Ənvar, c.76,səh.59, hədis10 Oxşar xəbərlər
|