Altı şey nadanlıq əlamətidir
Bütün qüdrət və bacarığını atəşdən nicat tapmağa sərf et. Bir hikmət sahibi deyib: Altı şey nadanlıq əlamətidir; yersiz qəzəb, boş-boş danışmaq (yəni, faydasız sözlər işlətmək), yersiz bəxşiş, sirri açmaq, hər kəsə etibar etmək və dostu düşməndən seçə bilməmək. Loğman öz oğluna vəsiyyətində deyib: Ey oğul! Sənə altı şey vəsiyyət edirəm. Bu altı şeydə əvvəldəkilərin və axırdakıların elmi xülasələnib: 1. Dünyada qalacağın müddətdən artıq bu aləmə bağlanma. 2. Axirət üçün orada qalacağın qədər iş gör. 3. Allaha Ona ehtiyacın olduğu qədər itaət et. 4. Bütün qüdrət və bacarığını atəşdən nicat tapmağa sərf et. 5. Atəşə dözməyə qüdrətin çatdığı qədər günah et. 6. Günah edərkən elə bir yer seç ki, heç kəs səni görməsin. (Yəni, hətta, Allah və mələklər də.) Oxşar xəbərlər
|