İslam dininə görə su içməyin qaydası
Mьəllif: admin1
Tarix: 25-10-2021, 22:04
İslam dininə görə su içməyin qaydası
"İrşadatur-Rəsul əl-Mustafa fis-sihhəti və tulil-ömr" kitabının müəllifi Ayətullah Şeyx Abbas Təbrizyan sözügedən kitabda İslam dininin su içməklə bağlı qeyd etdiyi göstərişini oxucularına təqdim edir
1) Su içərkən tələsməyin, bir istəkan suyu 3 nəfəsə, piləmədən, dodaqlayaraq və ləzzət alaraq için... Bir dəfəyə boğaza tökməyin.

2) Sərin su için – (təbii sərin su, bulaq suyu, quyuda sərinləşdirilmiş su). Amma soyuducunun buzxanasında soyumuş suyu içməyin.

3) Çox su içməyin, zərəri vardır.

4)Yeməkdən sonra çox su içmək lazımdır, bunun yeməyin həzmi üçün xeyiri vardır. Mədə yarasının qarşısını alır. Əlbəttə yağlı və ətli yeməklərdən dərhal sonra su içmək olmaz, ən azı 1 saat fasilə verilməlidir.

5)Gecə su içərkən oturmalı və gündüz su içərkən ayaq üstə durmalısan ki, bədən sağlam olsun. Əks halda böyrəklərə ciddi zərərləri var. 6).

Suyu içməzdən öncə Bismillah və sonra Əlhəmdulillah deyin. Daha yaxşısı isə suyu içərkən hər nəfəsdə bismillah və əlhəmdulillah deyilsin.

7) Başqalarına su verməyin böyük savabı vardır. Su içdikdən sonra İmam Hüseynə (ə) salam deyin.

8) Təmiz qabda su için. Su içmək üçün ən yaxşı qabaq şüşə qabdır.

9) Qabın sınmış yerindən və qulpundan su içməyin.

10) Su içməyə qab tapmasanız, sağ əlin ovucu ilə su için.

11) Başqa şəhərə getdikdə öz şəhirinizin suyundan götürün və məqsəd şəhərə çatdıqda oranın suyu ilə qarışdırıb için.

12) Yemək arasında su içməyin.

13) Dolu yağışın (buzdənəli) suyundan içmək üçün istifadə etməyin.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930