MÖMİNİN NİCATI DİLİNİ QORUMAQDADIR
“Hər kəs hər iki dünyada salamat qalmaq istəyirsə öz dilini qorusun.” Sənə heç bir əhəmiyyəti və xeyiri olmayan sözlərdən dilini saxla. Həqiqətdə Adəm övladının xətalarının çoxu dilindən çıxar. İnsanda dil kimi çox günah baş verən ikinci bir üzv yoxdur. İmam Sadiq əleyhissalam Peyğəmbərdən (s) rəvayət edir ki, Həzrət Peyğəmbər buyurmuşdur: “Allah-taala bədən üzvlərindən ən çox dilə əzab verər. Dil deyər ki, Pərvərdigara nə üçün hər bir şeydən çox məni əzabla cəzalandırdın. Ona deyilər ki, səndən çıxan bir kəlmə, yerin məşriq və məğribini bürüdü, onunla nahaq qanlar töküldü, məzlumların malı qəsb olundu, camaatın namusuna ləkə yaxıldı. And olsun izzət və cəlalıma bədən üzvlərindən heç birinə layiq görmədiyim əzabla səni cəzalandıracağam”.(”Üsuli-kafi”, 2-ci cild, səh. 119, hədis 1.) Elə buna görədə susmaq hikmət qapılarındandır. (“Üsuli-kafi”, 2-ci cild, səh. 116, hədis 21. Əbu Nəsr İmam Rza əleyhissalamdan rəvayət edir ki, Həzrət buyurmuşdur: “Helm, və susmaq fiqhin əlamətlərindəndir. Susmaq həqiqətən hikmətin qapılarındandır, məhəbbəti cəzb edər və xeyir işlərin köküdür”.) Səni cənnətə aparan xeyirli sözlərdən başqasını dilinə gətirmə. Hədisdə var ki, mömin bəndənin susduğu vaxtlarını onun üçün savab yazarlar. (“Üsuli-kafi”, 2-ci cild, səh. 113, hədis 4. İmam Sadiq əleyhissalam buyurub: “Mömin bəndə nə qədər ki, sakitdir, ona savab yazılar. Danışmağa qaldıqda isə, ya savab, ya da günah yazılar”.) “Hər kəs hər iki dünyada salamat qalmaq istəyirsə öz dilini qorusun.” Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Möminin nicatı dilini qorumaqdadır”. “İnsanın cəhənnəmə düşməsinə səbəb onların dillərinin törətdiyi bəlalardan bşaqa bir şey varmı?!” Bəndənin qəlbi saf olmasa imanı düz olmaz. Dili düz olmasa qəlbi saf olmaz. Çünki möminin dili qəlbinin arasında olar. Danışmaqdan qabaq deyəcəyi söz haqda fikirləşər. Münafiqin qəlbi isə dilinin arxasında olar və dilinə gələni deyər, xeyir-şərini fikirləşməz. Susmaq peşmançılıq gətirməz. Nə çox söz-söhbət var ki, dünyada və axirətdə peşmançılıq gətirər. Kişi öz dilinin altında gizlənib. Ey oğul, danışmaqdan qabaq düşün və onu ağılın süzgəcindən keçir. Əgər Allaha xatir olsa danış, yoxsa sakit ol, sus, dinmə! Nə gözəl deyilib: “Dil çox başları bəlaya salıbdır, o bizimlə birgə doğulmuş düşmənimizdir”. Hədisdə var ki, elə bir bədən üzvü yoxdur ki, deməsin: “Səni Allaha and verirəm, məni əzaba düçar etmə.” Deyiblər ki, əgər danışmaq və susmağın eyiblərin görsətmək istəsək danışmaq gümüşdürsə, susmaq isə qızıldır. Bəzən müəyyən səbəblərə görə danışmaq qızıl olar, sükut isə heç. Məsələn, əxlaqdan, şəri qaydalardan danışmaq, yaxud nəsihət etmək. Hətta bəzi hallarda sükut öldürücü zəhər kimidir. Məsələn, əmr be məruf və nəhy əz münkər zamanı susmaq, düz yola gəlmək istəyənlərə yol göstərməyib susmaq və s. Allah-taala səni bəyəndiyi işlərdə müvəffəq və gələcək günlərini isə keçmiş günlərindən xeyirli etsin. Oxşar xəbərlər
|