İmam Hüseyndən (ə) sonra şəhid olan Kərbəla qəhrəmanı – Həfhaf ibn Məhənd Rasəbi
Alimlərin dediyinə görə Həfhaf ibn Məhənd Rasəbi Bəsrənin ən şücaətli insanı və ən muxlis mömini idi. Onun Əmirəl-mömininə (ə) və Əhli-Beytə (ə) olan sevgisi başqalarından daha çox idi. Siffeyn döyüşündə Həzrətlə (ə) bir yerdə vuruşmuşdu.
Əmirəl-mömininin (ə) şəhadətindən sonra o, İmam Həsənin (ə) xidmətində olur və İmam Həsən (ə) şəhid olanda sonra isə Bəsrəyə gəlir və orada sakin olur, o zamana qədər ki, İmam Hüseyn (ə) Mədinədən çıxır. Baxmayaraq ki, Bəsrə şəhərindən çıxmaq çox çətin idi və hər yerdə casuslar var idi, Həfhaf Bəsrədən çıxa bilir və Aşura gününün əsrində özünü Kərbəlaya çatdırır. Ömər Sədin (lən) ordusu ilə qarşılaşır və deyir: “Mövlam Hüseyn (ə) haradadır?”. Deyirlər ki, sən kimsən və harada idin? Özünü təqdim edir və deyir ki, İmama (ə) yardım etmək üçün gəlmişəm. Deyirlər: “Biz Hüseyni (ə) öldürdük və övladlarından xəstələrdən və qadınlardan başqasını saxlamadıq. İndi Ömərin ordusu xeymələrə hücum etməkdədir”. Bu sözləri eşidən zaman dünya Həfhafın gözündə qaraldı, ancaq demədi ki, indi ki, Hüseyni (ə) qətlə yetiriblər, vuruşmaq mənə vacib deyldir. O, haqqı müdafiə etməyi vəzifəsi bildi və İmamın (ə) yolu ilə getməyi qərara aldı. Bu şir ürəkli və yoğun biləkli insan Ömərin (lən) ordusuna hücum çəkdi. Sağdan və soldan hücum etdi və çox sayda düşməni cəhənnəmə göndərdi. Hamı Ömərin əmri ilə bir yerdə ona hücum etməyə başladılar və onu mühasirəyə alıb əldən saldılar. Atından düşdü və piyada qaldı. Yaralarının çox olmasına baxmayaraq, döyüşə davam etdi və nəhayət qətlgaha yıxıldı və şəhid oldu. Bu İmam Hüseyni (ə) sevənlərin fədakarlığıdır ki, qələm onları təsvir etməkdən acizdir. (Erfan) /Deyerler.org/ Oxşar xəbərlər
|