“Məgər onlar tətil edirlər ki?...” – Əllamə Həsənzadə Amilinin müəllimindən öyrəndiyi dərs
Mьəllif: admin1
Tarix: 19-11-2021, 10:44
“Məgər onlar tətil edirlər ki?...” – Əllamə Həsənzadə Amilinin müəllimindən öyrəndiyi dərs
“Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur”. (“Nəcm” 39).

Səy və çalışma o amildir ki, insanı hədəfinə çatdırır. Əgər bu səy Allah yolunda olarsa, insanı əbədi səadətə yetişdirər.

Əllamə Həsənzadə Amili nəql edir: “Ayətullah Mirzə Əbulhəsənin mübarək məhzərindən əldə etdiyim xoş xatirələrimdən biri budur:

Onun xidmətində olanda ildə iki gün tətil günüm var idi. Biri Aşura günü idi və biri də Həzrət Muctəbanın (ə) şəhadət günü idi. Qalan ili dərs oxuyurduq.

Yadımdadır ki, qış fəsli idi və çoxlu qar yağmışdı. Mən mədrəsənin hücrəsindən çıxdım və qara baxmağa başladım. Bilmirdim dərsə gedim, yoxsa yox. Nəhayət qərara aldım ki, gedim.

Alimin evinin qapısına getdim və istədim qapısını döyəm, xəcalət çəkdim. Bir qədər gözlədim ki, bayıra çıxsın. Ancaq kimsə bayıra çıxmadı. Gördüm ki, dərsin vaxtı da keçir, qapını döydüm. Ağa qapını açdı və daxil oldum. Salam verdim və üzrxahlıq etdim.

Dedim: Bağışlayın ki, bu qarda sizə mane oluram, istəyirdim gəlməyim.

Dedi: Niyə?

Dedim: Bu qarlı gündə sizə mane olmaq istəmədim.

Dedi: Məgər siz mədrəsədən buraya gələndə dilənçilər yolda əyləşməmişdi və dilənçilik etmirdilər?

Dedim: Niyə ki, orada idilər. Öz qazanclarının ardınca idilər.

Dedi: Onlar ki, tətil etməyibdir, biz niyə tətil etməliyik?”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031