İmam Hüseynin (ə) namaz qılması üçün sinəsini qalxan edən igid – Səyid ibn Abdullah Hənəfi
Mьəllif: admin1
Tarix: 8-08-2022, 09:42
İmam Hüseynin (ə) namaz qılması üçün sinəsini qalxan edən igid – Səyid ibn Abdullah Hənəfi
Tarix kitabları Səyid ibn Abdullah Hənəfini kamil Əhli-Beyt (ə) davamçısı, vafadar igid və saleh bəndə kimi tanıtmışdır. Aşura gecəsi İmam Hüseyn (ə) öz məşhur xütbəsindən sonra səhabələrə buyurur: “Gecənin qaranlığı sizi bürümüşdür, qalxın və gedin ki, özünüzü xilas edin”.

Səyid bu zaman yerindən qalxır və deyir: “Ey Peyğəmbərin (s) oğlu! Allaha and olsun ki, biz sənə yardım etməkdən əl çəkməyəcəyik və səni buraxmayacağıq. Allah bilsin ki, biz Peyğəmbərin (s) öz nəsli barəsindəki vəsiyyətini hifz edirik. Allaha and olsun ki, əgər öldürüləcəyimi bilsəm, ölərəm.

Sonra dirilərəm və atəşdə yandırılaram və külümü küləyə verərlər və mənimlə yetmiş dəfə bu cür edərlər, səndən ayrılmayacağam ki, canımı fəda edəm.

Səndən necə ayrılım ki, bir dəfə ölməkdən savayı bir şey yoxdur?! Ondan sonra kəramət və izzət, əbədi nemət vardır. O nemət ki, heç bir zaman məhv olmaz və fani deyildir”.

Aşura gününün zöhründə İmam (ə) səhabələri ilə namaz üçün dayanır, ancaq qəddar düşmən ox və nizə atmaqdan əl çəkmirdi. Səyid özünü İmamın (ə) qarşısında qalxan edir və hər tərəfdən nizə və ox atırdılar və o, nizənin və oxların qarşısına keçirdi. Əli, ayağı və bədəni ilə qoymurdu ki, İmama (ə) ziyan dəysin.

Bu oxlar və nizələr ona dəyən zaman deyirdi: “Allahım! Bu qövmü Ad və Səmud qövmü kimi lənətlə! Allahım! Mənim salamımı Peyğəmbərinə (s) çatdır və ona xəbər ver ki, mən düşmənin bədənimə vurduğu bu ox və nizələrə görə nə çəkmişəm və nə görmüşəm. Allahım! Mənim bədənimi bu qədər oxa qalxan verməyimdə Peyğəmbər (s) övladına yardım etməkdən savayı qəsdim olmamışdır”.

O zaman ki, Səyidin gücü bitir, yerə yıxılır. Üzünü İmama (ə) çevirir və deyir: “Ey Allahın Rəsulunun oğlu! Mən əhdimə vəfa etdimmi?”. Həzrət (ə) buyurur: “Bəli, sən məndən qabaqca behiştə gedirsən”.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930