Əyyaşı Allah bəndəçiliyinə sövq etdirən İmam sözü
Biz tez-tez nəsihət eşidirik. Tövsiyələrə , Allah nişanələrilə demək olar hər gün rastlaşırıq. Onlar bizə təsir etmir. Həm özümüzdə bunu eşidib, dərk etməyə zəmin yoxdur, həm də qarşı tərəfin nəfəsi bərəkətli deyil.
İmamların nəsihət və tövsiyələri bizim dediklərimiz və eşitdiklərimizdən fərqlidir. Əgər nəsihət və kəlam vaxtında lazımi şəxsə lazımi şəkildə deyilsə qarşı tərəf hökmən mütəəssir olacaq. Buna misal olaraq İmam Musa Kazimin səhabələrindən biri Buşr Hafi ləqəbli Buşr bin Harisin həyatına bir baxış edək: Buşr ibni Haris çox əyyaş bir insan idi. Həyatını eyş-nuş, şərab içib məst olmaq və əylənməklə keçirirdi. Onun evindən daima musiqi səsi gələrdi. Bir gün İmam Musa Kazim onun evi qarşısından keçəndə, evin qarşısında işləyən kənizə sataşdı. İmam kənizdən “bu evin sahibi azaddır yoxsa qul?” deyə soruşdu. Kəniz imama “ evin sahibi əlbəttə azad bir insandır qul-zad deyil” dedi. İmam cavab verdi: Doğru deyirsən əgər qul olsaydı Allahından qorxardı Kəniz evə qayıtdı, Buşr əyyaşlığında idi. Buşr kənziin gecikmə səbəbini soruşanda o, İmam Kazimlə olan döhbəti danışdı. Bunu eşidən Buşr dərhal yerindən özünü həyətə atdı. O ayaqyalın qapıya oradan da İmamın arxasıyca qaçmağa başladı. O İmam çatan kimi ondan dediklərinin təkrarlamasını istədi. İmam sözlərini təkrarladı. Buşr elə mütəəssir oldu ki İmamın ayaqlarına yıxılıb ağlamağa başladı: Yox Mən qulam, Mən bəndəyəm, Mən qualm” deyib ağlayırdı. Ondan sonra əyyaşlığı tərk etmiş Buşr ayaqyalın gəzərdi. O qədər ayaqyalın gəzərdi ki camaat ona Buşr Hafi (ayaqyalın) deyərdilər. Ondan niyə ayaqyalın gəzdiyini soruşanda cavab verirdi: Hidayət olanda ayaqyalın idim. Ömrümün sonuna qədər də belə qacağam”.İslaminSesi.info Oxşar xəbərlər
|