Allahdan qeyrisinin vasitəsilə əziz olan zəlildir
“Möminləri qoyub kafirləri dost tutanlar izzət və qüdrəti onlardamı axtarırlar? Şübhəsiz ki, izzət və qüdrət tamamilə Allaha məxsusdur!” [1]
İmam Əli (ə) buyurub: “Allahdan qeyrisinin vasitəsilə əziz olan zəlildir.“[2] “Bil ki, Allahın müqabilində zəlil olmayan kimsə izzət sahibi deyil. Allah qarşısında əyilməyən heç vaxt ucalmaz.”[3] “Səbr kimi başucalığı yoxdur.”[4] İmam Səccad (ə) buyurub: “Hökm sahiblərinə (Allaha) tabe olmaq başdanbaşa izzətdir.“[5] İmam Sadiq (ə): “İzzət ondadır ki, boynuna haqq gələndə onun müqabilində zəlil və müti olasan.”[6] [1] Nisa, ayə139 [2] Biharul-Ənvar, c.78, səh.10, hədis 67 [3] Tuhəful-Uqul, səh.366. [4] Nəhcul Bəlağə, hikmət 113 [5] Tuhəful-Uqul, səh.283 [6] Biharul-Ənvar, c.78, səh.228, hədis 105 (ahliman.info) Oxşar xəbərlər
|