Özünü gündəlik hesaba çəkməyin 4 nöqtəsi
Mьəllif: admin1
Tarix: 5-06-2022, 10:48
Özünü gündəlik hesaba çəkməyin 4 nöqtəsi
Mərhum Ayətullah Muctəba Tehrani İmam Sadiqdən (ə) gələn hədisi şərh edən zaman buyurmuşdur: "Hər gün nəfsi hesaba çəkməyin qurucu rolu vardır və insan öz əl və ağayını toplamaq üçün gərək hər gün özünü hesab çəksin.

İmam Sadiq (ə) buyurur: "O zaman ki, yatağında qərar tutdun, bax gör mədəndə nəyə yer vermisən? Həmin günü nə əldə etmisən? Yada sal ki, bir gün öləcəksən və sənin üçün məad olacaqdır”.

Yatağında qərar tutmaq ona işarədir ki, insan gündüzünü arxada qoyandan sonra axşama daxil olur. Artıq işləri sona çatmışdır və indi istirahət etmək istəyir.

Həzrət (ə) buyurur: O zaman ki, yatağa getdin və aram oldun, diqqət et. Bax gör bu gün nə yemisən? Mədəndə nəyə yer vermisən?

İkincisi, bax gör bu gün nə əldə etmisən? O zaman ki, bu şeylərə diqqət edirsən, tamam olur? Xeyr, buyurulur ki, iki şey haqqında da gərək düşünəsən.

O zaman ki, həmin günü nə yediyini və hansı işlər gördüyünü düşünürsən, gərək ölümü yada salasan. Ölən zaman sənin işin bitməz, qayıdırsan. Məad – qayıtmaq deməkdir. Yəni, Qiyamət vardır və orada hesab verməlisən.

İmam (ə) burada mühasibənin bir növünü bizlərə tanıdır. Bu, gündəlik mühasibədir. Gündəlik mühasibənin qurucu təsiri vardır. Çox asandır və insandan çox vaxt da istəmir. Bir dəqiqə belə çəkmir.

O, illik mühasibədir ki, insan onu asanlıqla hesablaya bilmir. Ancaq gündəlik mühasibə asandır. İmam (ə) buyurur ki, düşün ki, nə yemisən, onu haradan gətirmisən, axirətin haqqında düşün və Qiyaməti yada sal.

Gündəlik mühasibə insanı tənbeh edər. İnsan gördüyü işlərin hesabını bilər. Əgər xata edibdirsə, peşman olar və tövbə edər. Hədislərdə oxuyuruq ki, Peyğəmbər (s) hər gecə 70 dəfə və bəzi hədislərdə 100 dəfə istiğfar edərmiş.

Əgər Allahın Peyğəmbəri (s) hər gecə 70 dəfə istiğfar edirdisə, biz 70 000 dəfə istiğfar etsək, yenə də azdır. Həzrət (s) həm gündüzləri və həm də gecələri istiğfar edərdi.

Ona görə də biz gərək özümüzü gündəlik hesaba çəkək. Ancaq bu zaman əl və ayaqlarımızı bir yerə toplaya bilərik”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930