FƏDAKARLIQ
Fədakar insanlara hər an ehtiyac vardır İnsan üçün həyat nə qədər qiymətli olsa da, onu şərafətlə yaşamaq daha mühümdür. Təsəvvür edin ki, vətənini düşməndən qoruyan iki əsgər düşmənə əsir düşür. Onlardan hərbi sirləri öyrənmək üçün düşmən bütün vasitələrdən istifadə edir. Əsgərlərdən biri şərafətli ölümü alçaq həyatdan üstün tutaraq düşmənə sirr vermir və şəhadətə yetirilir. İkinci əsgər isə alçaqlıqla da olsa yaşamaq üçün düşmənin bütün təklifləri ilə razılaşır… Bəli, əsl müsəlman həqiqət yolunda canından keçir və əlbəttə ki, Allah tərəfindən mükafatlandırılır. «Ali-İmran» surəsinin 169-cu ayəsində buyurulur: «Allah yolunda öldürülənlər ölü deyil. Onlar əbədi həyata çatmış və yüksək bir məqamda ilahi ne᾽mətlərdən faydalanırlar». İslam Peyğəmbəri (s) buyurur: «Ən üstün yaxşılıq şəhadətə çatmaqdır». Fədakar insanlara hər an ehtiyac vardır. Dənizdə batan insanı, od tutmuş binada qalmış körpəni xilas etmək üçün fədakarlıq lazımdır. Allahın sevimlisi olan belə insanlara cəmiyyət borcludur. Düşmənə arxa çevirib döyüş meydanından qaçan, zəlzələ zamanı ailəsini qoyub özünü bayıra atan insan canını fəda etmək yox, hər şeyi canına fəda etmək qərarındadır. Allah belə insanları məzəmmət edir, fərariləri cəhənnəm odu ilə cəzalandıracağını bildirir. («Ənfal» surəsi, ayə 16.) Oxşar xəbərlər
|