Bu əməl tərk olunan kimi ilahi bərəkət də çəkiləcək
Mьəllif: admin1
Tarix: 30-11-2021, 10:47
Bu əməl tərk olunan kimi ilahi bərəkət də çəkiləcək

Əmr be məruf və nəhy əz münkər kifayi vacib əməldir.

“Ali-İmran” surəsinin 104-cü ayəsində buyurulur: “Sizin aranızda yaxşılığa çağıran (əmr edən) və pis işlərdən çəkindirən (nəhy edən) bir ümmət olmalıdır.” Əmr be məruf” dedikdə yaxşılığa dəvət, “nəhy əz münkər” dedikdə pis işlərdən çəkindirmə başa düşülür.

İslam Peyğəmbəri (s) buyurur: “Nə qədər ki, ümmətimin arasında yaxşılığa dəvət edib, pislikdən çəkindirənlər olacaq, onlar xeyir içində yaşayacaqlar. Bu əməl tərk olunan kimi ilahi bərəkət də çəkiləcək. İnsanlar bir-birinə hakim olacaq, yerdə və göydə yardım tapılmayacaq.”

Əmr be məruf və nəhy əz münkər kifayi vacib əməldir. Yəni cəmiyyətdə bir qrup insan bu vəzifənin öhdəsindən gələrsə, başqaları üçün vacib olmaz.

Bu vacib dini vəzifənin mərtəbələri vardır: qəlb, dil və əməl yolu ilə. İnsan ilkin mərhələdə yalnız qəlbi ilə müxalifət göstərməlidir. Məsələn, iki dostdan biri günaha yol verdikdə o biri dost soyuq münasibət göstərməklə etirazını ifadə edir.

Növbəti mərhələdə insan günaha qarşı dil vasitəsi ilə çıxış edir. Bu işdə ruhanilərin fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Yetərli biliyə və nitq qabiliyyətinə əhəmiyyətə malik insanlar cəmiyyəti günahdan çəkindirmək də insanları saleh əməllərə həvəsləndirməkdə daha çox müvəffəq olurlar.

Son mərhələ əməlidir. Bu mərhələ qəlb və dil təsirsiz olduqda mümkündür. Unutmaq olmaz ki, əmr be məruf və nəhy əz münkər cəmiyyətdə təfriqə yox, vəhdət məqsədi daşıyır.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930