Allahın razılığı Əhli-beytin (ə) razılığındadır
Mьəllif: admin1
Tarix: 17-09-2019, 15:42
Allahın razılığı Əhli-beytin (ə) razılığındadır

Əgər bir şəxs tövhid və ixlas mərhələsində ilahi vilayət məqamına çatsa, Allahın vəlisi olsa, əslində “huvəl-vəliyy” güzgüsü olmuşdur, bütün yönümlərdən kamil tövhidə yiyələnmişdir.

Ona hörmət və əmrinə itaət Allah-təalaya hörmət və itaətdir: “Şübhəsiz, sənə beyət edənlər yalnız Allaha beyət etmişlər...” (“Fəth”, 10)

Hamı vəzifəlidir ki, belə bir şəxsə müti olsun. Belə bir şəxs vasitəçilik və şəfaət məqamından bəhrələnmişdir. Çünki o özünü elə bir həddə çatdırmışdır ki, razılığı Allahın razılığıdır, Alahın razılığı onun razılığıdır.

Allah-təala Peyğəmbərin (s) və peyğəmbər Əhli-beytinin (ə) razılığına çox diqqət yetirir. Belə ki, Quran buyurur: “Şübhəsiz, səni bəyəndiyin qibləyə döndərərik...” (“Bəqərə”, 144)

Çünki Peyğəmbər (s) və Əhli-beytin (ə) razılığı Allahın razılığıdır. “Allahın razılığı Əhli-beytin (ə) razılığıdır” cümləsinin məzmun və məfhumu Əhli-beytin (ə) məramından danışır.

Çünki onlar razılıq məqamında da tövhid əhlidirlər, yəni yalnız Allahın bəyəndiyini bəyənirlər. Onlar öz nəfslərinin və başqalarının razılığını güdmür, yalnız Allahın razılığını soraqlayırlar.

Bu səbəbdən də mütləq təslimdirlər. Başqalarına vacibdir ki, onlara iqtida və məhəbbətlə ilahi razılıq olan razılıqlarını əldə etsinlər.

Həqiqətən, ilahi yol yolçusu həyatın bütün yönümlərində Əhli-beytə (ə) itaət etməlidir. Hər bir şəxs öz tutumu, gücü, istedadı həddində Əhli-beytin vilayətindən faydalanmalı, ali insani məqama yüksəlməlidir.

Həzrət Haqq Qurani-məciddə Əhli-beytin kamilliyini və tutduğu yolu bizə açıqlayır. Bir çox ayələrdə aydın və ya işarə ilə onların əxlaqı və əməli keyfiyyətləri bəyan olunur ki, bizlər bəhrələnə bilək, əlimizdə yetərli göstərişlər olsun.

Onların hərəkətləri, düşüncələri, niyyətləri elə bir şəkildə açıqlanılır ki, ixtiyarımızda əməli bir nümunə olsun.

Ayədə oxuyuruq: “Həqiqətən, Allaha iman gətirənlər, (Məkkədən Mədinəyə) köçüb gələn və Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayandır, rəhm edəndir!; (“Bəqərə”, 218)

(Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər:) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.; (“İnsan”, 9)

“De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!.” (“Ənam”, 162)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031