Mömini doyduran yeganə nemət
Mьəllif: admin1
Tarix: 15-11-2021, 10:36
Mömini doyduran yeganə nemət
“Ey insan sənin qədir-qiymətin cənnətdir, özünü ondan ucuza satma!”.

Cənnətin və nemətlərinin necəliyi haqda Qurani-Kərimdə çoxlu sayda ayələr var. Amma cənnətin harada yerləşdiyi və ya harada yerləşəcəyi haqda açıq aşkar bildirən ayə yoxdur.

Cənnət əslində möminlər üçün nəzərdə tutulub. Lakin qiyamət günündə Allahın mərhəməti hədsiz olduğundan bəzi mömin olmayanlar da Allahın lütfü ilə cənnətə aparıla bilərlər. Yəni onlar cənnətlik olmasalar da Allah onları cənnətin bir güşəsində məskunlaşdırar.

Cənnət mömin üçün yaradılıb və möminin dəyəri də cənnət və cənnətdəki nemətlərdir. O bundan azına razılaşmamalıdır.

İmam Əli(ə) buyurub: “Ey insan sənin qədir-qiymətin cənnətdir, özünü ondan ucuza satma!”

Möminin təkamül həddi məşuqu olan Allahla vüsal məqamına qədərdir. Bu yolda Allahın tam razılığını əldə edəndə və cənnətə qovuşanda böyük nemətdən bəhrələnmiş olur.

Ona görədir ki, mömini heç bir nemətlər (dünya nemətləri) sirab edə bilməz. Onu sirab edən və razı salan yalnız bir nemətdir. Çünki bu nemətlər tükənəndir. Həqiqi mömin isə tükənməz bir nemətlə razı salına bilər.

Peyğəmbər(s) buyurub: “Mömin yalnız sonu cənnət olan xeyirdən (nemətdən) doyar”.



Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930