Əhli-beytlə (ə) tanınmaq
“Bizi Allaha xatir sevən kəslər beləcə peyğəmbərlərlə görüşər.” Əhli-beytə (ə) sevgi və itaət vasitəsi ilə onların rənginə boyanmış şiə Qiyamət günü Əhli-beytlə (ə) məhşur olasıdır. Bu həqiqəti Quran və rəvayətlər təsdiqləyir. Qurani kərimdə oxuyuruq: “Allaha və peyğəmbərə itaət edənlər peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlər zümrəsində olacaq. Allah onlara nemət (iman, əxlaq, saleh əməl) vermişdir. Onlar yaxşı rəfiqlərdir." (“Nisa”, 69) İamam Riza (ə) buyurur: “Bizim dostlarımızı peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə yoldaş etmək Allahın öhdəsinədir. Necə də yaxşı rəfiqlərdir!” (“Təfsiri-əyyaşi”, 1-256, hədis 189; “Biharul-ənvar”, 65-32, bab 15, hədis 68; “Təfsiri-safi”, 1-469) Həzrət Peyğəmbər (s) buyurur: “Bizi Allaha xatir sevənlər bizimlə məhşur olar (səhnəyə gətirilər).” (“Kifayətul-əsər”, 300; “Biharul-ənvar”, 46-201, bab 11, hədis 77) Əbuzər deyir: Peyğəmbərin görüşünə gedib dedim: “Bəzilərini sevsəm də, əməldə onlar kimi deyiləm.” Həzrət buyurdu: “Ey Əbuzər! İnsan sevdiyi kəslə məhşur olar.” Dedim ki, mən Allahı, onun rəsulunu və rəsulunun Əhli-beytini (ə) sevirəm. Həzrət buyurdu: “Sən sevdiyin kəslərlə məhşur olarsan.” (Tusi, “Əl-əmali”, 632, hədis 1303) İmam Hüseyn (ə) buyurur: “Bizi Allaha xatir sevən kəslər beləcə (həzrət iki barmağını bir-birinə yaxınlaşdırıb göstərdi) peyğəmbərlərlə görüşər.” (Tusi, “Əl-əmali”, 253) Yezid ibn Müaviyə Əcəli deyir: İmam Baqirin (ə) hüzurunda olduğum vaxt Xorasandan piyada gəlmiş bir şəxs daxil olub, dərisi getmiş ayağını göstərdi və dedi: “And olsun Allaha, bizi Xorasandan buraya gətirən yalnız siz Əhli-beytin (ə) məhəbbətidir.” Həzrət buyurdu: “And olsun Allaha, hətta bir daş bizi sevəsi olsa, Allah onu bizimlə məhşur (tanıtdırar) edər.” (“Təfsiri-Əyyaşi”, 1-167, hədis 27; “Biharul-ənvar”, 27-95, bab 4, hədis 57) Ey könül sultanı sənin diqqətin Əmr etdi eşqindən içim doyunca, Eşqinin yolunda qədəm götürüm, Durmadan çalışım səni duyunca. Əzəldən bu eşqin qəmini daddım, Qoy qəmə qul olum yadı sayınca. Oxşar xəbərlər
|