Allahın and içdiyi ata və oğul kimdir?
İmam Hüseynin (ə) nuru “Bələd” surəsində həm zahir və həm də batini halda özünü göstərir. Yəni, bu surəni təfsir edən zaman bu surədə tanıdılan insanı İmam Hüseynə (ə) nisbət vermək olar.
Həmçinin bu surədə adı çəkilən ancaq pakizələrin əli çatdığı kəsi İmama (ə) nisbət vermək olar. Allah Təala bu mübarək surənin ilk üç ayəsində iki and içir və bəşər üçün mühüm bir məsələni bəyan etmək istəyir. Bu andlardan biri ataya və oğula görə edilən anddir. Quran buyurur: “Və and olsun ataya və dünyaya gətirdiyi övlada (Adəmə və onun övladlarından olan məsumlara, Kə’bənin və Məkkənin baniləri olan İbrahimə və övladı İsmailə və saleh övladı olan hər bir saleh möminə)”. (“Bələd” 3). Təfsir kitablarında bu ata və oğul barəsində müxtəlif nəzərlər vardır. O cümlədən: 1. Həzrət İbrahim (ə) və oğlu İsmayil (ə). 2. Həzrət Adəm (ə) və övladları. 3. Həzrət Adəm (ə) və onun nəslindən olan peyğəmbərlər (ə). 4. İmam Əli (ə) və oğulları İmam Həsən (ə), İmam Hüseyn (ə) və qalan İmamlar (ə). İmam Baqirdən (ə) gələn hədisdə bu ayə ilə bağlı oxuyuruq: “Valəd – Əli ibni Əbutalib (ə), vələd isə Həsən (ə) və Hüseyndir (ə)”. Əziz İmam (ə) başqa hədisdə buyurur: “And içilən ata və oğul – yəni Əli (ə) və ondan doğulan İmamlardırlar (ə)”. Allah Təala sonrakı ayələrdə verdiyi andını isbat etmək üçün buyurur: “Şübhəsiz, Biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq (kam almağı nakamlığla, ləzzətləri acılıqlarla müşayət olunur)”. (“Bələd” 4). Allah Təala buyurur: “Ey insan! Görürsən ki, həyatın zəhmət və məşəqqət içindədir, ona görə deyildir ki, aləmlərin nəzarəti əldən çıxmış və hər şey bir-birinə qarışmışdır. Xeyr, varlıq aləmi həmişə nəzm üzərində hərəkət edir. Çətinliklər və zəhmətlər qabaqcadan planlanmışdır ki, insanı inkişaf etdirsin. Çətinlik olmadan insan, insan ola bilməz”. İmam Hüseyn (ə) Kərbəla hadisəsinin çətinlikləri və məşəqqətlərinə dözdü və səbir etdi. Bu yolla həqiqi insan olduğunu sübut etdi. O Həzrət (ə), ancaq çətinliklərə dözmədi, bütün varlığı ilə onları içdi və buyurdu: “Mənim Allahım! Sənin rizana razıyam və Sənin bəlana səbiliyəm”. Allah Təala bu surənin 17 və 18-ci ayələrində bərəkət və səadət əshabı barəsində söhbət açır və buyurur ki, onlar həmin o kəslərdir ki, səbir etməyi bacarırlar və başqalarına da tövsiyə edirlər. Bu zaman Kərbəla səhnəsi gözlərin önündə canlanır. Necə ki, İmam Hüseyn (ə) öz tərəfdaşlarına buyururdu: “Səbir edin və müqavimət göstərin. Çünki ölüm – tək körpüdür ki, sizi zəhmət və məşəqqətdən həmişəlik nemətlərə və behiştə çatdırar”. Bu surənin batini ayələri haqqında bu ayəni misal göstərmək olar ki, İmama (ə) nisbət verilmişdir. Məgər Biz ona iki (görən) göz vermədikmi?! Və (eləcə də) bir dil və iki dodaq (vermədikmi) ?!” (“Bələd” 8-10). İmam Baqir (ə) bu ayələr barəsində buyurur: “Göz – Allahın Rəsuludur (s). Dil – Əmirəl-möminindir (ə). İki dodaq – İmam Həsən (ə) və İmam Hüseyndir (ə)”. İmam Baqir (ə) bu ayə ilə bağlı “Və ona (ağıl vermək və peyğəmbər göndərməklə) iki yolu (maddi və mənəvi cəhətdən xeyir və şər yolunu) göstərmədikmi?!”. (“Bələd” 10) buyurur: Bu ayədə məqsəd İmam Həsən (ə) və İmam Hüseyn (ə) vilayətinə hidayətdir”. /Deyerler.org/ Oxşar xəbərlər
|