Hətta sədəqə verən zaman da həddi aşmaq olmaz
Mьəllif: admin1
Tarix: 21-11-2016, 10:04
Hətta sədəqə verən zaman da həddi aşmaq olmaz
“Şübhəsiz, sədəqə verən kişi və qadınlar və Allaha gözəl borc vermiş kəslər (möminə faiz və xeyir istəmədən borc verən və Allah yolunda malından xərcləyən şəxs) üçün (onların mükafatları) qat-qat artırılacaq və onların dəyərli və bəyənilən mükafatı olacaqdır”. (“Hədid” 18).
İnfaq etmək və sədəqə vermək mömin və təqvalı insanın saleh əməllərindəndir. İnfaq İlahi göstəriş olmaqla yanaşı, həm də bir çox hikmət və fəlsəfəyə malikdir. (Erfan)
O cümlədən:
1. Varlı insanların imtahanıdır.
2. İnsan qəlbini dünyaya olan sevgindən ayırmasıdır.
3. İnsanda qəlb riqqəti yaradandır.
4. İlahi nemətə şükürdür.
5. Nemətin artma səbəbidir.
6. Ruha və cana rahatlıq verən amildir.
7. Bəlanı və pis ölümü dəf edəndir.

Dinimiz hər bir əməldə etidalı bəyəndiyi kimi, infaq edən zaman da etidala riayət etməyi tövsiyə edir.

O zaman ki, Bəni Ğərizə İslam dininə xəyanət edir, Həzərt Peyğəmbər (s) qərara alır ki, onların işini bitirsin. Yəhudilər Peyğəmbərdən (s) xahiş edirlər ki, Əbu Ləbabəni onların yanına göndərsin ki, onunla məsləhət etsinlər. Peyğəmbər (s) Əbu Ləbabəyə əmr edir ki, yəhudilərin yanına getsin və o, da itaət edir və gedir. O, yəhudilərə meyilli olduğu üçün məshələt edən zaman İslam dininin xeyirinə bir söz demir.
Sadəcə bir cümlə işlədir ki, həmin cümlə yəhudilərin xeyirinə idi.

Məclisdən çıxan zaman başa düşür ki, İslam dininə xəyanət etmişdir. Bu hadisədən heç kəsin xəbəri olmasa da, Mədinəyə yaxınlaşdıqca qəlbi daha da alovlanırdı. Evə gəlir və evdən bir kəndir götürür. Peyğəmbər (s) məscidinə gəlir və özünü bu kəndirlə sütunlardan birinə möhkəm bağlayır və deyir: “Allahım, o zamana qədər ki, tövbəm qəbul olmayacaqdır, bu sütundan özümü açmayacağam”.
O zaman ki, namaz vaxtı gələrdi və ya ehtiyacı olardı, qızı gəlib kəndiri açardı və sonra yenə də özünü sütuna bağlayardı. O, ağlayar və yalvarardı. Deyərdi: “Allahım, səhv etmişəm. Allahım, günah etmişəm. Allahım, İslama və müsəlmanlara xəyanət etmişəm. Allahım, Peyğəmbərinə (s) xəyanət etmişəm. Əgər tövbəmi qəbul etməsən, elə bu halda qalacağam”.

Bu xəbər Peyğəmbərə (s) çatır və Həzrət (s) buyurur: “Əgər mənim yanıma gəlsəydi və etiraf etsəydi, Allah yanında onun üçün istiğfar edərdim. Ancaq o, birbaşa Allahın yanına gedibdir, Allah özü onun işinə baxacaqdır”.

Bu hadisədən bir neçə gün keçməmişdi ki, Həzrət Peyğəmbərə (s) vəhy nazil olur ki, Allah o kişinin tövbəsini qəbul etmişdir. Peyğəmbər (s) Ümmi-Sələməyə buyurur ki, Əbu Ləbabənin tövbəsi qəbul olmuşdur. Ümmi Sələmə Peyğəmbərdən (s) xahiş edir ki, bu xəbəri özü Əbu Ləbəbayə müjdə versin. Həzrət (s) də qəbul edir.

Peyğəmbərin (s) evinin pəncərələri məscidə açılırdı və Ümmi Sələmə bu pəncərələrdən birindən başını çıxardır və deyir: “Əbu Ləbabə! Sənə müjdə verirəm ki, Allah tövbəni qəbul etmişdir”.

Bu xəbər Mədinəyə yayıldı və müsəlmanlar məscidə axışdılar. İstədilər ki, kəndiri açsınlar, ancaq Əbu Ləbabə qoymadı və Peyğəmbərin (s) gəlməsini istədi.

Həzrət Peyğəmbər (s) gəlir və kəndiri açır, buyurur: “Ey Əbu Ləbabə! Tövbən qəbul olmuşdur. İndi sənin halın təzə anadan olmuş uşağın halı kimidir. Artıq varlığında günahdah ləkə yoxdur”.

Əbu Ləbabə deyir: “Ey Allahın Rəsulu! İstəyirəm ki, tövbəmin qəbul olması nemətinə şükür olaraq, bütün sərvətimi sədəqə verəm”.
Həzrət Peyğəmbər (s) buyurur: “Bu işi görmə”. Deyir: “İcazə verin sərvətimin üçdə ikisini bağışlayım?”. Buyurur: “Xeyr”. Əbu Ləbabə deyir: “İcazə verin onun üçdə birini bağışlayım?”. Həzrət (s) buyurur: “Maneəsi yoxdur”.

Bəli, İslam dinində hər bir şeyin orta həddi olduğu kimi, infaqın da orta həddi vardır və mömin gərək bu həddi aşmasın və ailəsini infaqa görə əziyyətə salmasın.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031