RƏDD OLUNAN NAMAZLAR
Mьəllif: admin1
Tarix: 15-11-2018, 10:57
RƏDD OLUNAN NAMAZLAR

Hansısa bir düzgün əməlin qəbul olmaması mümkündür. Müştərisiz mal kimi! Hədislərdə bəzi şəxslərin namazlarının dəyərsiz olduğu və qəbul edilmədiyi bildirilir. Bir neçə nümunəyə işarə edək:

1. Etinasızlar

İmam Sadiq (ə) buyurur: “Cəmiyyətin yoxsullarına etina göstərməyənlərin namazı qəbul deyil.” (“Bihar”, 84-cü cild, səh.242.)

2. Haramxorlar

Həzrət Peyğəmbər (s) buyurur: “Haramxorların namazı çınqıl üzərində tikilmiş bina kimidir.” (“Bihar”, 84-cü cild, səh.258.)

3. Evdə məsuliyyətsizlik edənlər

Allahın rəsulu (s) buyurur: “Ərinin qazancından faydalanan, lakin öz ilahi göstərişlərinə əməl etməyən qadının namazı qəbul deyil.” (“Nəhcül-fəsahə”, 54-cü cümlə.)

4. Zəkat verməyənlər

Qurani-kərimdə bir çox hallarda zəkat ödəmək namaz qılmaqla yanaşı zikr olunur. Hədislərdə bildirilir ki, malının zəkatını verməyənlərin namazı qəbul deyil. (“Bihar”, 84-cü cild, səh.317.)

Bir gün Allahın rəsulu (s) doqquz nəfəri zəkat ödəmədiyi üçün məsciddən çıxardı, sonra namaza başladı. Bəli, Allahla əlaqə cəmiyyətin imkansızları ilə əlaqədən ayrı deyil.

5. Təqvasızlar

Təqvasızların, yetərli şəkildə səcdə və rüku etməyənlərin namazı qəbul deyil. (“Bihar”, 84-cü cild, səh.253 və 258.)

6. “Haqin” və “haqib”

“Haqin” və “haqib” sidik və nəcasəti saxlayıb, özünü çətinliyə salan və cismi zərərlərə düçar olan şəxsə deyilir. Bu iş sağlamlığa ziyan vurmaqla yanaşı namaz zamanı insanın diqqətinin yayınmasına və qəlb iştirakının aradan getməsinə səbəb olur.

İmam Sadiq (ə) buyurur: “Bu şəxslərin namazı qəbul deyil.” (“Muhəccətul-bəyza”, 1-ci cild, səh.354.)

7. Sevilməyən pişnamaz

Bəzən hansısa bir məsciddə xalqın qəbul etmədiyi və sevmədiyi bir pişnamaz şəxsi məqsədlə məscidi və ya məqamını tərk etmək istəmir. Təbiidir ki, bu hal camaat namazının süstləşməsinə, qarşıdurmaya səbəb olur. Rəvayətlərdə bu qəbil şəxslərin camaat namazının qəbul olmadığı bildirilir.” (“Bihar”, 84-cü cild, səh.317.)


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930