Quranda gözəllik anlayışı
Mьəllif: admin1
Tarix: 19-11-2022, 10:25
Quranda gözəllik anlayışı
Quran bəşəri hidayət edən bir səma kitabıdır. Aləmlərin həqiqətləri onda cəm olunmuşdur. Ona görə də yanar çıraq kimi insanları Allaha tərəf hidayət edir. Quranda ən çox rast gəldiyimiz məfhumlardan biri – gözəllik məfhumudur.

Quran bəzən mənəvi gözəlliklərdən söz açır və insanları ona tərəf təşviq edir, bəzən də maddi gözəllikləri bəyan edir və xilqətin əzəmətini insanlara göstərməyə çalışır. Allah Təala Quranda insanın inkişaf mərhəllərini bəyan edərək buyurur:

“Həqiqətən, Biz insanı(n cismini və ruhunu) ən gözəl bir biçimdə yaratdıq (ona düzgün qamət, mütənasib üzvlər, düşünən beyin və fəzilətlərə qadir olan bir ruh verdik)”. ( “Tin” 4).

Ondan sonra bu cür ali məxluq yaratdığına görə özünü təbrik edir. “Sonra nütfəni ələqə etdik (laxta qana çevirdik), sonra ələqəni muzğə etdik (çeynənmiş ət şəklinə saldıq). Ondan sonra muzğəni (yumşaq) sümüklər etdik. Beləliklə sümüklərə ət (libası) geyindirdik. Sonra onu (inkişaf etmək qabiliyyəti olan həmin cismi ruh üfürməklə ağıl və elmə layiq) başqa bir (canlı) məxluq (şəklində) vücuda gətirdik. Buna görə də afərin Allaha! Yaradanların ən yaxşısı olan Allah, çox xeyir-bərəkətlidir!”. (“Muminun” 14).

Əgər insan bir qədər öz varlığı barəsində düşünsə, necə gizli gözəlliklərinin olduğunu kəşf edə bilər. İnsanın gözəlliklərindən biri budur ki, onun kamala çatmaq qabiliyyəti vardır və cismi sadəcə zahiri gözəlliklərlə bitmir.

Onda mənəvi gözəlliklər də mövcuddur ki, onları üzə çıxartmaq lazımdır. Hər bir insan təbiətin gözəlliyindən vəcdə gəlir. Səmanın, meşələrin, çayların, dağların... gözəlliyindən. Bütün bunlar Allahın yaratdığı məxluqlardırlar ki, insanın gözü önündə gözəlliklərini cilvələndirir.

“Məgər başlarının üzərindəki göyə baxıb görmürlər ki, onu necə tikmişik və bəzəmişik və onda heç bir yarıq yoxdur (onda heç bir nöqsan və çatışmamazlıq görünmür)?!”. (“Qaf” 6).

“Beləliklə onları iki gündə (yaxud iki mərhələdə) yeddi göy etdi və hər bir göydə onun işlərini (oranın mələklərinə) vəhy etdi. Və sizə yaxın olan (birinci) göyü (ulduzlardan ibarət) çıraqlarla bəzədik və onu (cin və şeytanlardan) qoruduq. Bunlar qüdrətli (və hər şeyi) bilən Allahın müəyyənləşdirdikləri və təyin etdikləridir”. (“Fussilət” 12).

“Həqiqətən Biz göydə (günəşin il uzunu ətrafına fırlandığı) bürclər yaratdıq və onu baxanlar üçün (ulduzlarla) zinətləndirdik”. (“Hicr” 16).

Bəli, bu saydıqlarımız maddi gözəlliklər idi. Quranda mənəvi gözəlliklərin məqamı daha ucadır. Belə ki, Quran buyurur: “Lakin Allah imanı sizə sevdirdi, onu qəlblərinizdə cilvələndirdi və küfr, itaətsizlik və günahı nəzərinizdə nifrətə layiq etdi (ki, məhvdən nicat tapasınız). (Doğru) yolu tapmış kəslər – belələridir”. (“Hucurat” 7).

Ona görə də deyə bilərik ki, iman – möminin qəlbinin gözəlliklərindəndir. Quran başqa mənəvi gözəlliklərə də işarə edir, o cümlədən: “Belə isə, gözəl bir şəkildə səbir et (belə ki, onda heç bir narazılıqdan, dözümsüzlükdən əsər-əlamət olmasın)”. (“Məaric” 5).

Səbir də gözəllikdir.

Başqa yerdə buyurur: “Qiyamət gələsidir (və kafirlərə cəza verəcəyik). Buna görə də, gözəl tərzdə (nə qədər ki, döyüş əmri almamısan) güzəşt et”. (“Hicr” 85).

Bəli, bunlar Allahın biz insanlar üçün yaratdığı gözəlliklərdir, onları dərk edib, şükrünü yerinə yetirək.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031