İmam Hüseynin “Ədəb nədir?” sualına bir cümləlik cavabı
Allah təvazökarlıq göstərənləri ucaldar, təkəbbürlük edənləri isə alçaldar. Bu hədis Allahın daimi sünnətindən söz açır.
Təvazökarlıq insanın mən mən deməsinin qarşısını alır və bir çox məsələlərdə şeytanın ona nüfuz etmə yollarını bağlayır. Təvazökarlıq hörmət gətirdiyi halda, təkəbbürlük, riya və ücb insanı mənəvi baxımdan həlaka aparar. Buna görədir ki, İmam Hüseyn(ə) ədəb-ərkanı təvazökarlıqda xülasələşdirir. Mousuət Kəlimat əl-Hüseyn əsərində gələn hədis belədir: "Biri İmam Hüseynə(ə) yaxınlaşıb, ədəb nədir sualını verir. İmam buyurur: Ədəb odur ki, evdən çıxandan sonra qarşılaşacağın hər bir insanı özündən üstün biləsən." (İslaminSesi) Oxşar xəbərlər
|