Əqldən faydalı dövlət yoxdur
Mьəllif: admin1
Tarix: 27-11-2016, 02:38
Əqldən faydalı dövlət yoxdur

Nadanlıqdan böyük fəqirlik yoxdur
Peyğəmbərin (s) nəzmlə olan hikmətli kəlamları

Mömin bir yerdən iki dəfə sancılmaz. Camaata təşəkkür etməyən Allaha da şükr etməyib. Qəzanı (qəza və qədəri) duadan başqa heç nə qaytarmaz, ömrü başqalarına yaxşılıq etməkdən başqa bir şey artırmaz.

İbrət götürməyəndən başqası səbirli hesab olunmaz. Nadanlıqdan böyük fəqirlik yoxdur. Əqldən faydalı dövlət yoxdur. Xudpəsəndlikdən (özünəpərəstiş, eqoizm) də dəhşətli tənhalıq yoxdur. Məşvərət etməkdən gözəl həmkarlıq yoxdur.

Tədbir əqlin ən gözəl nümunəsidir. Xoşxasiyyətlik ən yaxşı əsl-nəcabətdir. Günahdan çəkinmək kimi pərhizkarlıq yoxdur. Təfəkkür kimi ibadət yoxdur. Səbr və həya kimi iman yoxdur.

Həddi-büluğa çatan heç kəs yetim hesab olunmur. Əmanətdar olmayan kəsin imanı yoxdur, əhdə vəfa etməyənin də dini yoxdur. (Yəni, din və imanları zəifdir.)

Üç gündən artıq küsülü qalmaq olmaz. İstiğfar (bağışlanma diləmək) vasitəsilə böyük günah qalmaz, təkrar vasitəsilə kiçik günah (yəni kiçik günahları təkrarlamağın özü) böyük günahdır. Dini üçün qəm çəkməkdən başqa qüssə yoxdur.

Quran oxuyan bəndə fəqirlik görməz. Ehtiyat müqəddər olunan şeyin qarşısını alır. Mömin ehtiyatı əldən verib qəflətə düşməz. Başçısı qadın olan millət doğruluğun üzünü görməz. Gərək mömin özünü xar etməsin. İkiüzlü adam Allah yanında etibarlı deyil. Ata-ana və ədalətli imamdan başqasına yaltaqlanmaq rəva deyil. Allaha günah etməkdən ötrü heç kəsə itaət etmək olmaz. Söz gəzdirənlər əsla behiştə getməz (tövbə edənlərdən başqa). Qonşusu ondan amanda olmayan heç bir bəndə behiştə getməz.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031