Peyğəmbər (s) vəfatının yaxınlaşdığını biləndə bu zikri deyərdi
Mьəllif: admin1
Tarix: 25-09-2022, 22:34
Peyğəmbər (s) vəfatının yaxınlaşdığını biləndə bu zikri deyərdi
Peyğəmbər(s) də digər insanlar kimi ölümünün haçan baş verəcəyini bilmirdi. Amma bəzi surələr və ayələr ona nazil olduqca o ölümünün yaxınlaşdığını hiss edirdi.

Vahidi Əsbabun-Nuzul əsərində İbni-Abbasdan nəql edir ki, Zumər surəsinin 30-cu ayəsi “(Ya Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!” nazil olanda peyğəmbər(s) biraz fikirləşdi və ölümünün hansı zamanda baş verəcəyini bilmək istədiyini dilə gətirdi. Bundan sonra Nəsr surəsi nazil oldu:

“Mərhəmətli və Rəhimli Allahın adı ilə, (Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman; İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman, Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən O, tövbələri qəbul edəndir!”

Bu surə nazil olan zaman peyğəmbərin(s) 60 ya 61 yaşı var idi. Bundan sonra o bilirdi ki, ölümü yaxındır.

Quranda peyğəmbər(s) də digər insanlar kimi öləcəklər ayələri az deyil.

Ayələrin birində deyilir ki, heç bir bəşər üzvünə əbədiyyət verilməyib. (Ənbiya 34-35).

Amma Nəsr surəsi peyğəmbərə (s) ölümünün yaxında olduğunu çatdırdı.

Quranda dinin kamilləşdiyini deyən ayələr isə (Maidə,3) peyğəmbərə(s) bu dünyada çox az qalcağını deyirdi.

İbni-Abbas və Ümmu Sələmə deyirlər ki, bundan sonra biz görərdik ki, peyğəmbər(s) “Subhanallah və bihəmdihi Əstəğfirullahə və ətubu iləyhi” duasını durmadan oxuyur.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031