Dini ləqəblərdən olan Təbatəbai kimlərə deyilir?
Belə bir fikir formalaşıb ki, Təbatəba həm atası həm də anası seyyid olan şəxslərə deyilir ki, bu fikir əsassızdır.
İslaminSesi.info xəbər verir ki, bu gün hicri-qəməri tarixi ilə səfər ayının 29-a təsadüf edir. Bu günlər peyğəmbərin(s) vəfatı, imam Həsənin(ə) və eləcə də imam Rzanın(ə) şəhid edilən günlərinin ildönümünə təsadüf edir. Bildiyimiz kimi imamlar peyğəmbərin(s) nəslindəndir. İmamlardan yalnız imam Həsənin(ə) övladlarına imamət verilməyib. Buna görə bəzən imam Həsənin(ə) övladları haqda az araşdırmalar aparılır. Təbatəbai bir dini ləqəbdir ki, onu yalnız imam Həsənin(ə) övladlarından olan seyyidlərə deyirlər. Qeyd etmək lazımdir ki, bu ləqəb imam Həsənin(ə) bütün övladlarına və sülaləsinin bütün nümayəndələrinə verilmir. İmam Həsənin(ə) törəmələri olanlara Sadati-Həsəni deyirlər. Onların arasında bəziləri Təbatəbaidir. Şeyx Mufid imam Həsənin(ə) övladlarının sayının 15 olduğunu bildirir. İmamın oğlanları arasında yalnız dördünün nəsli davam etmişdir. Onlar bunlardır: Həsəni-Müsənna, Zeyd, Əmr, Hüseyni-Əsrəm Əmrlə, Hüseyni-Əsrəmin nəsli ikinci əsrdə aradan getdi. Yalnız Həsən Müsənna ilə Zeydin nəsli davam etdi. Həsən-Müsənnanın nəslinin nümayəndələri daha çox tanınmış olublar. Hətta onun nəslindən Afrikanın şimalında və Mərakeşdə əsrlərlə hökmdarlıq etmiş İdrisilər sülaləsi (788--974)gəlir. Onun qurucusu İdris ibni Abdullah ibni Həsən ibni Həsən ibni Əli ibni Əbutalibdir. Təbatəbailərin həmçinin Yəməndə və hicri ilinin 3-cü yüzilliyində Təbəristandan hakimiyyətləri olub. Təbatəba ləqəbli şəxs isə Həsən Müsənnanın nəvəsi İbrahim Təbatəbadır. Təbatəba yalnız onun nəslinin nümayəndələrinə verilir. İbrahimə Təbatəba ləqəbi verilməsi iki formada əsaslandırılır. Əl-Məcdi Ənsabut-Talibində yazır ki, İbrahim qəba sözünü deyə bilmirdi. O, pəltəkliyindən Təba deyirdi. Ona görə ona Təbatəba deyildi. Amma Dehxoda lüğət kitabında, Sirrus-Silsiləl-Ələviyyə və Ümdətut-Talib əsərində deyilir ki, Təbatəba nəbati dilində Xacələrin xacəsi (ağaların ağası və ya seyyidlərin seyyidi) deməkdir. Qeyd edək ki, hazırda belə bir fikir formalaşıb ki, Təbatəba həm atası həm də anası seyyid olan şəxslərə deyilir ki, bu əsassızdır. Oxşar xəbərlər
|