«YAXŞILIQLA PİSLİK EYNİ OLA BİLMƏZ»
Mьəllif: admin1
Tarix: 1-12-2016, 10:57
«YAXŞILIQLA PİSLİK EYNİ OLA BİLMƏZ»

Bəziləri iddia edirlər ki, rəftar ya yaxşıdır, ya da pis
Kamal yolunda olan yolçunun əxlaqı

İmam Sadiqin (ə) nəsihətlərindən

Başqalarının ləyaqətsiz hərəkətinə insan bir neçə cür cavab verə bilər:
- daha pis rəftar edə bilər,
- eyni şəkildə cavab verə bilər,
- göz yuma bilər,
- pisliyə yaxşılıqla cavab verə bilər.

Pisliyə daha pis şəkildə cavab vermək zülmdür və İslamda bəyənilmir. Xüsusi şəraitlərdə pisliyə cavab vermək olar. Pislik qarşısında göz yummaq və ya pisliyə yaxşılıqla cavab vermək yüksək kamillik sifətlərindəndir. «Möminun» surəsinin 96-cı ayəsində buyurulur: «Sən pisliyi yaxşılıqla dəf et». Başqa bir ayədə oxuyuruq: «Yaxşılıqla pislik eyni ola bilməz». («Fussilət» surəsi, ayə 34.)
Pis rəftara qarşı yaxşı rəftar göstərmək yüksək əxlaqi dəyər olmaqdan əlavə, qarşı tərəfdə də insani hisslər oyadır. İslamda rəftarın müxtəlif dərəcələri vardır. Mənfi və müsbət rəftarların da dərəcələri vardır. Məsələn, pisliyə eyni pisliklə cavab vermək rəftarın sıfır nöqtəsidir. Amma pisliyə yaxşılıqla cavab vermək müsbət rəftarın zirvəsidir.

Bəziləri iddia edirlər ki, rəftar ya yaxşıdır, ya da pis. İnsan bir işi vicdanın və ya təbiətinin tələbi ilə görə bilər. Məsələn, alman filosofu Kant iddia edir ki, ananın gecə yarı şirin yuxudan durub körpəsinə süd verməsi əxlaqi dəyər deyil. O, bu fikrini belə əsaslandırır ki, ana bu işi əqlinin yox, analıq təbiətinin göstərişi ilə yerinə yetirir.
İslamda isə belə deyil. Müxtəlif dərəcəli dəyərlər vardır. Bir əməl sıfırdan sonsuzluqadək dəyərə malik ola bilər. Məsələn, dində ən yüksək ixlas, səmimiyyət həzrət Əliyə (ə) aid edilir. Çünki Həzrət (ə) Allaha cənnətlə cəhənnəmə görə yox, ibadətə layiq olduğu üçün ibadət edirdi. Bir çox əməllərin dəyəri insanın niyyətindən asılıdır. İxlas «qürbətən iləllah» deməkdən yox, ibadəti səmimi qəlbdən icra etməkdən asılıdır.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031