“Məbada mənə görə, qan alınan zaman axan qan qədər də belə, qan tökülsün...” – İmam Həsən (ə) qardaşı İmam Hüseynə (ə) vəsiyyətindən
Mьəllif: admin1
Tarix: 2-12-2016, 10:24
“Məbada mənə görə, qan alınan zaman axan qan qədər də belə, qan tökülsün...” – İmam Həsən (ə) qardaşı İmam Hüseynə (ə) vəsiyyətindən
Şeyx Əmalidə nəql edir ki, İmam Həsən (ə) qardaşı İmam Hüseynə (ə) belə vəsiyyət etmiş və buyurmuşdur: “Bu, Həsən ibn Əlidən (ə) qardaşı Hüseyn ibn Əliyə (ə) vəsiyyətidir. Vəsiyyət edirəm ki, şəhadət versin, Allahdan başqa Məbud yoxdur və şəriki yoxdur. O, ona görə Allaha pərəstiş edir ki, pərəstişə layiqdir. Səltənətində şəriki yoxdur. Həqiqətən də hər şeyi O, yaratmışdır və ən yaxşı, kamil şəkildə onun ölçüsünü müəyyən etmişdir.
Ən layiqli Məbud o kəsdir ki, Ona pərəstiş edilsin. Hər kim ona itaət edər, inkişaf edər. Hər kim itaətsizlik edər, yolunu azar. Hər kim Ona tərəf qayıdar, yolunu tapmış olar.
Mən sənə tövsiyə edirəm ki, ey Hüseyn, nəslimdən, övladlarımdan, ailəmdən qalanların pis əməl sahiblərini bağışlayasan və yaxşı əməl sahiblərini qəbul edəsən. Onlar üçün mehriban canişin və ata olasan.
Biri də odur ki, məni Allahın Rəsulu (s) ilə dəfn edəsən ki, mən ona və evinə qarşı hamıdan daha layiqliyəm. Əgər bu işə mane olsalar və qarşısını alsalar, mən Allahın sənin üçün qərar verdiyi yaxınlığa və qürbə, Allahın Peyğəmbəri (s) ilə olan qürbə and verirəm ki, bu yolda icazə verməyəsən ki, mənə xatir, qan alma zamanı alınan qan qədər də belə, qan tökülmüş olsun. O zaman ki, Allahın Rəsulu (s) ilə görüşəcəyəm, şikayəti onun yanına aparacağam. Bu insanların ondan sonra başımıza gətirdiklərini ona xəbər verəcəyəm”.
Bu vəsiyyəti edəndən sonra gözlərini yumdu və əbədi dünyaya köçdü. (Erfan)
Şeyx Mufid nəql edir ki, İmam (ə) zəhərlənəndən sonra (qardaşına) buyurur: “Mən dünyadan gedən zaman gözümü bağla, mənə qüsl ver və kəfənlə. Tabuta qoy və cəddim Allahın Rəsulunun (s) qəbrinə tərəf apar ki, onunla görüşümü təzələyim. Sonra cəddim (nənəm) Fatimə binti Əsədin qəbrinə apar və orada dəfn et. Bil ki, ey qardaşım, insanlar güman edərlər ki, siz məni Peyğəmbərin (s) qəbrinin yanında dəfn etmək istəyirsiniz. Buna görə toplaşar və sizə mane olarlar. Səni Allaha and verirəm ki, məbada mənə görə, qan alınan zaman axan qan qədər də belə, qan tökülsün”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930