Şəfa verən, qızdırmanı salan, göz və diş ağrılarını götürən – “İxlas” surəsinin fəzilətləri
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Tövhid” (“İxlas”) surəsini oxuyar, ilk ayəni oxuyan zaman Allah ona min dəfə nəzər salar, ikinci ayəni oxuyan zaman Allah min duasını yerinə yetirər, üçüncü ayə ilə min istəyini ona verər, dördüncü ayə ilə dünya və axirət hacətlərindən min dənəsini rəva edər”.
“İxlas” surəsi Quranın 112-ci surəsidir, Məkkədə nazil olmuşdur və 4 ayəsi vardır. Bu surənin başqa adları da vardır, o cümlədən: Tövhid, Səməd, Əsas, Cəmal, Mane, Nur, Təcrid, Vilayət. Bu surə - Quranın ən dəyərli surələrindəndir ki, onu oxumaq və onun haqqında təfəkkür etmək çox tövsiyə edilir. İmam Baqir (ə) buyurur: ““Tövhid” surəsi Quranın üçdə birinə bərabərdir”. İmam Rza (ə) buyurur: “Hər kim “Tövhid” surəsini oxuyar və ona imanı olar – tövhidi tanımış deməkdir”. Həzrət Peyğəmbər (s) buyurmuşdur ki, bu surəni çoxlu oxuyun, çünki Quranın nurudur. Əmirəl-möminin (ə) buyurur: “Hər kim “Tövhid” və “Qədr” surəsini gecə və ya gündüz 100 dəfə oxuyarsa, Allah öləndən sonra qəbrində nur qərar verər və bu nur qarşısında və arxasında qərar tutar və onunla behiştə qədər birlikdə olar”. İmam Sadiq (ə) buyurur: “Hər kim üç gün keçər və “Tövhid” surəsini oxumaz, xar olar və iman bəndi ondan götürülər. Əgər o halda ölərsə, küfr halında ölmüş olar”. Həzrət Sadiq (ə) buyurur: “Hər kim gün ondan keçər və 5 vacib namazlarında “Tövhid” surəsini oxumaz – ona deyilər ki, sən namazqılanlardan deyilsən”. Tövhid surəsinin bərəkətləri. 1. Şəfa verəndir. İmam Baqir (ə) buyurur: “Hər kimə “Həmd” və “Tövhid” surəsi şəfa verməzsə, başqa heç bir şey ona şəfa verməz. Bütün xəstəliklər bu iki surə ilə müalicə olunar”. 2. Qızdırmanın müalicəsi. Hər kim Həzrət Fatiməni (s.ə) və övladlarını sevirsə, qızdırmağa düçar olan zaman 100 dəfə “Tövhid” surəsini oxusun və sonra Allahı Fatimənin (s.ə) haqqına and versin ki, şəfa tapacaqdır. 3. Göz ağrısı. İmam Sadiq (ə) buyurur: “Hər kim bu surəni göz ağrısına oxuyarsa, Allahın qüdrəti ilə ağrı sakitləşər”. 4. Diş ağrısı. İmam Baqir (ə) buyurur: “Nə zaman diş ağrısı hiss etsən, əlini ağrı olan yerə qoyub “Həmd” və “Tövhid” surələrini oxu və ondan sonra “Nəml” surəsinin 88-ci ayəsini oxu ki, ağrısı sakitləşər”. 5. Təhlükəsizlik. “Tövhid” surəsi – Allahın möhkəm qalasıdır ki, ora daxil olanları amanda saxlayar. /Deyerler.org/ Oxşar xəbərlər
|