“Allahın yer üzündə canişini haradadır?”
Salam olsun Allahın dostlarına və seçilmişlərin Rəvayətlər və ilahi xilafət məqamı İstənilən bir halda Əhli-beytin (ə) Allah tərəfindən xilafət və canişinlik məqamı onların özlərinin yada saldığı sifətlərdəndir. İmam Riza (ə) buyurur: “İmamlar izzət və əzəmət sahibi olan Allahın yer üzündəki canişinləridir.” (“Kafi”, 1-193) İmam Hadi (ə) “Came” ziyarətində deyir: “Sizə öz hidayəti ilə izzət verdi, sizi dəlil qərar verdi, nuru üçün seçdi, ruhu ilə gücləndirdi, yer üzündə canişini kimi bəyəndi, məxluqları üçün dəlil qərar verdi.” Əli ibn Həssan deyir: “İmam Rizadan (ə) həzrət Kazimin (ə) ziyarəti haqqında soruşdular. İmam buyurdu: “Onun ətrafındakı məscidlərdə namaz qılın. Həmin məkanlarda bir bunu desəniz bəs edər: “Salam olsun Allahın dostlarına və seçilmişlərinə, salam olsun Allahın əminlərinə və aşiqlərinə, salam olsun Allahın yardımçılarına və dostlarına!” Bir hadisədə Əmirəlmöminin (ə) haqqında deyilir: “Qiyamət günü ona aid nida çəkilər: “Allahın yer üzündə canişini haradadır?” (Tusi, “Əmali”) İmam Səccad (ə) Ərəfə gününün duasında Əhli-beyti (ə) Allahın yer üzündəki canişinləri kimi yada salır: “Sənin yerində sənin canişinin!” (“Səhifeyi-Səccadiyyə”, dua 47) Oxşar xəbərlər
|