DÜNYANIN ƏN TƏHLÜKƏLİ “ALZHEİMER”İ (UNUTQANLIQ XƏSTƏLİYİ)
Bəşərin düçar olduğu ən təhlükəli xəstəliklərdən biri “alzheimer” xəstəliyidir. Bu xəstəlik bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir. Xəstəlik klinik olaraq incələnən zaman yaddaşın nəzərə çarpacaq dərəcədə pozulması, beynin günbəgün yaddaş funksiyasını itirməsi, başqa sözlə, unutqanlıqla qarşımıza cıxır, insanın ruhu, psixologiyası ilə birbaşa əlaqəlidir. Biz insanlar cismani xəstəliyə dərhal reaksiya veririksə, ruhi-psixoloji xəstəliklərin müalicəsinə elə də önəm vermirik. Zahiri gözəlliyimizə əhəmiyyət verdiyimiz qədər, ruhumuzun gözəlliyini də diqqət mərkəzində saxlasydıq, dünya və axirətimiz ilahi rəngə boyanar, səadət və xoşbəxtlik arzularımız çin olardı!
ALLAH-TAALANI UNUTMAQ Unutqanlığın ən pis növü Yaradan Allahı unutmaqdır. Bu növ xəstəliyə tutulan insan şeytani və nəfsani, maddi və dünyəvi istəklərinə çatmaq üçün hər bir işə əl atmaqdan çəkinmir. Bu xəstəlik növünün mənşə və səbəblərinə nəzər yetirdikdə, aşağıdakı mətləblər diqqəti özünə cəlb edir: 1. Dünya düşkünlüyü: Allah-Taalanın nurlu kəlamları və Quran ayələrində dünya düşkünlüyü, var-dövlətə bağlılıq, rahattələblik və eyş-işrət Allah-Taalanı və xoşbəxt həyat tərzini unutduran əsas amillərdəni biridir. Adətən, maddi və dünyəvi ləzzətlərə çatmaq düşüncəsi ilə yaşayanlar istər-istəməz mənəviyyatı və ruhi parametrləri ilə birbaşa əlaqəli olan işləri unudur. “Zümər” surəsinin 8-ci ayəsində buyurulur: وَ إِذا مَسَّ الْإِنْسانَ ضُرٌّ دَعا رَبَّهُ مُنيباً إِلَيْهِ ثُمَّ إِذا خَوَّلَهُ نِعْمَةً مِنْهُ نَسِيَ ما كانَ يَدْعُوا إِلَيْهِ مِنْ قَبْلُ وَ جَعَلَ لِلَّهِ أَنْداداً لِيُضِلَّ عَنْ سَبيلِهِ قُلْ تَمَتَّعْ بِكُفْرِكَ قَليلاً إِنَّكَ مِنْ أَصْحابِ النَّارِ؛ “İnsana bir zərər toxunduqda, tövbə edərək Rəbbinə yalvarar. Sonra (Allah Öz) dərgahından ona bir nemət əta etsə, əvvəlcə kimə dua etmiş olduğunu unudar və (xalqı) Allah yolundan azdırmaq üçün Ona şəriklər qoşar. (Ey Peyğəmbər!) De: “Hələ küfrünlə bir müddət dövran sür. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!” “Munafiqun” surəsinin 9-cu ayəsində də belə buyurulur: يا أَيُّهَا الَّذينَ آمَنُوا لا تُلْهِكُمْ أَمْوالُكُمْ وَ لا أَوْلادُكُمْ عَنْ ذِكْرِ اللَّهِ وَ مَنْ يَفْعَلْ ذلِكَ فَأُولئِكَ هُمُ الْخاسِرُونَ؛ “Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də övladınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır.” 2. Şeytan: Qurani-Kərimin müxtəlif ayələrində insana Allah-Taalanı unutduran ən mühüm amillərdən biri kimi “şeytan” göstərilir. “Mucadilə” surəsinin 19-cu ayəsində buyurulur: اسْتَحْوَذَ عَلَيْهِمُ الشَّيْطانُ فَأَنْساهُمْ ذِكْرَ اللَّهِ أُولئِكَ حِزْبُ الشَّيْطانِ أَلا إِنَّ حِزْبَ الشَّيْطانِ هُمُ الْخاسِرُونَ؛ “Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın ordusudurlar. Bilin ki, şeytanın ordusu – məhz onlar ziyana uğrayanlardır!” 3. Günah və çirkin işlər: Günah zəhərli xasiyyətinə görə insanın ruhu və psixologiyasına təsir göstərib, insana öncəki inanclarını unutdurur və həmin inancları həyatda gerçəkləşdrməkdən çəkindirir. “Rum” surəsinin 10-cu ayəsində buyurulur: ثُمَّ كَانَ عَاقِبَةَ الَّذِينَ أَسَاؤُوا السُّوأَى أَن كَذَّبُوا بِآيَاتِ اللَّهِ وَكَانُوا بِهَا يَسْتَهْزِؤُون؛ “Sonra da Allahın ayələrini yalan hesab edib onları istehza etməklə pis iş görənlərin aqibəti lap pis oldu!” ALLAHI UNUTMAĞIN ACI NƏTİCƏSİ 1. Qəfildən əgələn ilahi əzab: “Ənam” surəsinin 44-cü ayəsində buyurulur: فَلَمَّا نَسُوا ما ذُكِّرُوا بِهِ فَتَحْنا عَلَيْهِمْ أَبْوابَ كُلِّ شَيْءٍ حَتَّى إِذا فَرِحُوا بِما أُوتُوا أَخَذْناهُمْ بَغْتَةً فَإِذا هُمْ مُبْلِسُونَ؛ “(Kafirlərə) edilmiş xəbərdarlığı unutduqları zaman (küfrlərini daha da artırmaq məqsədilə) hər şeyin (bütün nemətlərin) qapılarını onların üzünə açdıq. (Kafirlər) özlərinə verilən nemətlərə sevindikləri vaxt onları qəflətən yaxaladıq və onlar (hər şeydən) məhrum oldular.” 2. Şeytanla yoldaşlıq: Həyatda Allahı yaddan çıxarmağın ən çətin və acı nəticəsi Allahın dərgahından qovulmuş və Onun lənətinə gəlmiş varlıqla – şeytanla dostluq və yoldaşlıqdır. Təbii ki, bu sayaq yoldaşlığın sonu ilahi əzaba düçar olmaqdır. “Zuxruf” surəsinin 36-cı ayəsində şeytanlaq yoldaşlıq insanı Allahdan yayındıran bir amil kimi göstərilir və buyurulur: وَ مَنْ يَعْشُ عَنْ ذِكْرِ الرَّحْمنِ نُقَيِّضْ لَهُ شَيْطاناً فَهُوَ لَهُ قَرينٌ؛ “Hər kəs rəhman Allahın zikrindən boyun qaçırsa, Biz ona şeytanı ürcah edərik və onun (şeytanın) yaxın dostu olar.” 3. İlahi rəhmətdən məhrumluq, dünya və axirətdə kor olmaq: İlahi lütf və mərhəmətdən məhrumluq dünya həyatında Yaradan Allahı yaddan çıxarmağın ac nəticələrindən biridir. “Taha” surəsinin 124-cü ayəsində buyururlur: وَ مَنْ أَعْرَضَ عَنْ ذِكْري فَإِنَّ لَهُ مَعيشَةً ضَنْكاً وَ نَحْشُرُهُ يَوْمَ الْقِيامَةِ أَعْمى “Hər kəs Mənim “zikr”imdən üz döndərsə, güzəranı daralar və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!” Əmirəlmöminin Əli (ə) bu haqda buyurur: مَنْ نَسِيَ اللَّهَ سُبْحَانَهُ أَنْسَاهُ اللَّهُ نَفْسَهُ وَ أَعْمَى قَلْبَه؛ “Hər kim Allah-Taalanı unutsa, Allah-Taala da ona nəfsini unutdurar və qəlbini kor edər.” (“Təsnifu qurəril-hikəm və durəril-kəlim”, səh.190, hədis 3666.) Bir sözlə, Yaradan Allahı unutmaq ən təhlükəli ruhi-psixoloji bir xəstəlikdir və Quran ayələrinə əsasən, dünyaya bağlılıq, şeytani qurğulara aldanmaq və günah batlağına girmək bu xəstəliyin əsas amilləridir. Allahdan istəyirik ki, bizi Özünün müti bəndələrindən qərar versin! Rza Şükürlü Oxşar xəbərlər
|