Taif xaçpərəsti Həzrət Rəsulallaha (s) necə iman gətirdi
Həzrət Peyğəmbər (s) Həzrət Əbu Talibin (ə) və həyat yoldaşı Xədicənin (s.ə) vəfatından sonra güclü dayağını və həmdərdini itirdi.
Bu hadisədən sonra təkbaşına Məkkədən çıxdı və Səqif qəbiləsinin yaşadığı bərəkətli Taif diyarına yollandı ki, onları hidayət etsin. Bu insanlardan çox şey gözləmirdi. Çünki naz və nemət içində yaşayan bu insanlar da Məkkə əhlinin əqidəsində idilər, bütləri üçün qurbanlar kəsirdilər. Ancaq Peyğəmbər (s) elə bir insan idi ki, məyus ola bilməzdi. Həzrət (s) Taif şəhərinə daxil oldu və oranın əhalisindən həmin sözləri eşitdi ki, Məkkə əhlindən eşitmişdi. Biri dedi: “Mən Kəbənin örtüyünü oğurlayaram, əgər sən peyğəmbər olsan”. Başqası dedi: “Mən səninlə bir kəlmə belə kəsməyə hazır deyiləm”. Nəinki Həzrətin (s) sözlərini qəbul etmədilər, hətta bir dəstə uşağı və qoçuları təhrik etdilər ki, onu Taifdən çıxartsınlar. Onlar da Peyğəmbəri (s) daşlamağa başladılar. Həzrət Peyğəmbər (s) də bu çətinliklər və yaralar içində Taifi tərk etdi. Özünü Taifin kənarında olan bir bağa çatdırdı. Bu bağ Qureyşin iki zəngin insanına aid idi və onlar da həmin bağda idilər. Əziz Peyğəmbərimizi (s) hədələyən həmin uşaqlar və qoçular geri qayıtdılar. Həzrət (s) də bu bağın üzüm ağacının kölgəsində əyləşdi. O, tək idi və ancaq Allahı var idi. Allaha dua edərək buyurdu: “Allahım! Öz gücsüzlüyümdən, çarə yolunun bağlanmasından və insanların məsxərəsindən sənə şikayət edirəm. Ey, mehribanların mehribanı! Sən mənim Allahımsan! Məni kimə tapşırırsan? Biganə ki, mənə üzünü turşudar və ya düşmən ki, onu mənə hökmran etmisən? Sənin zati nuruna pənah aparıram ki, zülmətlər onunla aydınlanmışdır və axirətin işi onunla doğru olmuşdur. Qəzəbini mənə göndərməyinə və ya əzabını mənə nazil etməyinə, mənə çatan hər şeyə görə razıyam. Sən də məndən razı ol”. Qureyşin bu zənginləri Həzrətin (s) şikayətlərini eşidib, çox şad oldular və qohum olduqlarını anlayaraq, xristian nökəri Ədasa əmr etdilər ki, bir qab üzümü onun yanına aparsın və qarşısına qoyub tez qayıtsın. Ədas üzümü gətirib qoydu və dedi: “Yeyin”. Həzrət (s) əlini üzüm şaxəsinə atdı və yeməzdən əvvəl “Bismillah!” dedi. Ədas indiyə qədər bu kəlməni eşitməmişdi. Həzrətin (s) üzünə diqqətlə baxdı və dedi: “Bu cümlə bu diyarın insanlarına aid deyildir. Bu, nə cümlə idi?”. Həzrət Peyğəmbər (s) buyurdu: “Ədas! Haradansan? Dinin nədir?”. Dedi: “Mən xristianam və Neynəvadanam”. Həzrət (s) buyurdu: “Neynəva əhli, Allahın saleh bəndəsi Yunus ibni Mətinin şəhərindən?”. Nökər dedi: “Təəccüblüdür. Siz bu insanların içində Yunus ibni Mətinin adını haradan bilirsiniz? Neynəvanın özündə on nəfər tapılmaz ki, Yunusun adını bilsin? Yunus mənim qardaşımdır və o, Allahın peyğəmbəri idi”. Həzrət (s) buyurdu: “Mən də Allahın peyğəmbəriyəm”. Bağ sahibləri gördü ki, Ədas ayaqüstə dayanıb onunla söhbət edir və ürəkləri titrəməyə başladı. Çünki Peyğəmbər (s) ilə söhbət etməkdən qorxurdular. Gördülər ki, Ədas yerə yıxıldı və onun əl və ayaqlarından öpməyə başladı. Onlardan biri o birisinə dedi: “Gördün, çarəsiz nökəri də xarab etdi”. (Yəni, yolundan çıxartdı). Bəli, o Həzrətlə (s) kiçicik ünsiyyətdə olan bütün salamat insanlar dərhal hidayət olurdular... /Deyerler.org/ Oxşar xəbərlər
|