Uşaq doğulduqda niyə qulağına azan və iqamə oxunur?
Müsəlmanlar ailəsində uşağın dünyaya gəlməsi bu ailənin həyatında ən böyük və mühüm hadisələrdən sayılır.
İslamda uşaq bu ailəyə Allah tərəfindən verilən əmanət kimi qəbul olunur və bu səbəbdən xüsusi qayğı ilə bəslənilir və qorunur. Şəriətin qanunlarına görə, yeni doğulmuş uşağın ilk eşitdiyi söz "Allah" sözü olmalıdır. Bunun üçün ata (bəzi hallarda baba, əmi və ya alim və ağsaqqal) uşağın sağ qulağına azanın sözlərini, sol qulağına isə iqamənin sözlərini deməlidir. Bu adətin dərin mənası var. Məsələ burasındadır ki, insanın bu dünyada əsas düşməni olan şeytan yeni insanın dünyaya gəlməsini "səbirsizliklə" gözləyir ki, onu düz yoldan azdırmağa başlasın. Bu səbəbdən çox vacibdir ki, uşağın ilk eşidtiyi söz şeytanın vəsvəsəsi deyil, Allahın adı olsun. Bu insanın bütün gələcək həyatına təsir edəcək. İslam ənənəsinə görə, uşağın doğuluşunun ilk həftəsində yerinə yetirilməsi tövsiyə edilən bəzi əməllər var. Azan və iqamədən əlavə uşağa ad qoymaq, adına «əqiqə» adlı heyvan kəsmək, sünnət etdirmək və sairə əməllər deyilibdir. Övladın valideynlər öhdəsində olan haqqı bununla bitmir. Həzrət Məhəmməd Peyğəmbər (s) buyurub ki, övladın ata üzərində üç haqqı var ki, ata bunları icra etməlidir: ona yaxşı ad qoysun, yazmağı öyrətsin (yəni savad versin), həddi-büluğ yaşına çatanda onu evləndirsin (ərə versin). İmamlardan rəvayət edilən hədislərə görə, uşağa hələ ana bətnində olarkən ad qoymaq müstəhəbdir. Bu zaman uşağın cinsi məlum deyilsə, ehtiyata görə, bir oğlan və bir qız adı seçilir, uşaq doğulanda həmin ad ona verilir. Oxşar xəbərlər
|