Günah edən zaman şad olmaq
Ardınca cəhənnəm atəşi gələn ləzzətdə heç bir fayda yoxdur Kiçik bir günahdan ləzzət almaq və günah edən zaman şadlanmaq, o günahın böyük günah kimi hesablanmasına gətirib çıxarır. Nəticədə günahın axirət əzabı da artır. Bu haqda da Məsum Peyğəmbərimiz (s) və İmamlarımızın müqəddəs kəlamlarından bir neçəsini araşdırırıq. Həzrət Əli (ələyhissəlam) buyurur: «Pis iş etdikdə şadlanan kəs ən pis insandır». (Qürərül-hikəm, 1-ci cild, 446-cı səh.) Yenə o həzrət buyurur: «Allaha qarşı günah etməkdən ləzzət alan insan xar və zəlil olar. (Fehresti-qürər, səh. 130. ) Ayrı bir hədisdə İmam Səccad (əleyhissəlam) belə buyurur: «Günah edən zaman şadlanmağın (mənfi) təsiri günahın özündən çoxdur. (Biharül-ənvar, 78-ci cild, 159-cu səh.) Başqa bir hədisdə o həzrət buyurur: «Günahın çətin axirət əzabı onun şirinliyini məhv edir». (Biharül-ənvar, 78-cild, 23-cü səh.) Sonra o həzrət buyurur: «Ardınca cəhənnəm atəşi gələn ləzzətdə heç bir fayda yoxdur.» Axırıncı hədis Həzrət Peyğəmbərdəndir (s). O həzrət buyurur: «Gülə-gülə günah edən şəxs, ağlayan halda da cəhənnəmə daxil olar.» Oxşar xəbərlər
|