İmam Səccad (ə) və yolkəsənin əhvalatı
Mьəllif: admin1
Tarix: 8-12-2016, 10:40
İmam Səccad (ə) və yolkəsənin əhvalatı

“Sən elə güman edirdin ki, Allahın qafildir və yatmışdır?!”
Əllamə Məclisi, Şeyx Tusidən belə bir əhvalat nəql edir:
Bir gün imam Zeynül-Abidin (ə) Allah evinin ziyarəti üçün həcc səfərinə çıxmışdı və Məkkəyə tərəf gedirdi.
Yolda bir yerə çatdı ki, orada çoxlu yolkəsənlər var idi və oradan keçənləri qarət edir, əmlaklarını aparır, özlərinə də əzab-əziyyət verirdilər.
İmam yolkəsənlərin olduğu yerə yaxınlaşanda pusquda dayanmış quldurlardan biri irəli gəlib həzrətin yolunu kəsdi. İmam Zeynül-Abidin (ə) mətanət və etinasızlıqla ona dedi:
- Nə istəyirsən?
Yolkəsən dedi: -Səni öldürmək və əmlakını qarət etmək istəyirəm.
- Mən öz razılığımla əmlakımı səninlə bölərəm və onun yarısını sənə verərəm.
- Mən qəbul etmirəm və öz istədiyim kimi etməliyəm.
- Təkcə səfər xərci üçün lazım olan miqdarı götürüm, qalanını öz razılığımla sənə verirəm.
Ancaq yolkəsən buna da razı olmadı və öz sözü üzərində dayandı. İmam belə görəndə ondan soruşdu:
- Sənin Allahın hardadır?
- Mənim Allahım yatıb.
Bu vaxt imam dua oxudu. Elə bu zaman iki yırtıcı şir göründü və yolkəsənə hücum etdi. Onlardan biri yolkəsənin başından, digəri isə ayağından yapışaraq dartdı və hər biri onu öz səmtinə çəkdi.
İmam Səccad (ə) buyurdu: “Sən elə güman edirdin ki, Allahın qafildir və yatmışdır?!”
Sonra imam sağ-salamat və əmin-amanlıqla Məkkəyə doğru öz yoluna davam etdi.

Qaynaq: “Əmali Şeyx Tusi”, s. 605 və “Biharul-ənvar”, c. 46, səh. 41, hədis 36.

Hazırladı: Seyid Zahir
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031