ALLAHA ÜMİD BARƏSİNDƏ HƏZRƏT ƏLİNİN (Ə) BUYURUĞU
Mьəllif: admin1
Tarix: 8-12-2016, 10:42
ALLAHA ÜMİD BARƏSİNDƏ HƏZRƏT ƏLİNİN (Ə) BUYURUĞU

Bəziləri Allaha ümid bəhanəsi ilə bütün vəzifələrdən boyun qaçırırlar
Həzrət Əli (ə) bu növ ümidlər barəsində buyurmuşdur: “Öz gümanı ilə iddia edir ki, Allaha ümidvardır. Böyük Allaha and olsun ki, yalan deyir. Nə üçün onun ümidvarlığı əməlində görünmür? Hər kim ümidvardırsa, onun ümidvarlığı əməlində görünür. Böyük işlərdə Allaha, kiçik işlərdə isə bəndələrə ümid bağlamışdır. Bəndənin haqqını əda edir, Allahın haqqını isə o qədər də yox. Nə üçün Allahın haqqına qarşı səhlənkarlıq göstərib ona insanların haqqından daha az riayət edirsiniz?!” (“Nəhcül-bəlağə”, 160-cı xütbə.)

Həzrət buyurur: “İnsan nəyəsə ümidvar olduqda ona çatmaq üçün çalışır. Ümid insanı hərəkət və təlaşa vadar edir”. Təhsil alan cavan münasib sənətə yiyələnmək və cəmiyyətdə yaxşı mövqe tutmaq üçün illərlə zəhmət çəkir, gecə və gündüz, soyuqda və istidə, vətəndən uzaqda əziyyətə qatlaşır. Nə üçün? Çünki filan sənətə yiyələnməklə münasib mövqe tutacağına ümidvardır. Demək, ümid tənbəllik və süstlik yox, hərəkət səbəbidir.
Bəziləri Allaha ümid bəhanəsi ilə bütün vəzifələrdən boyun qaçırırlar. Müstəhəb işlər görməyə, səhv işlərdən çəkinməyə çalışmırlar. Onlardan soruşulduqda isə deyirlər: “Allahın rəhməti genişdir”; “Allah bizimlə öz rəhməti ilə rəftar edəcək, Onun fəzlindən məyus olmaq olmaz!” Məgər bu şəxslərin Allaha olan ümidi peyğəmbərlər və övliyaların ümidindən daha çoxdur? Peyğəmbərlər və övliyalar Allaha nəhayət dərəcədə ümidvar olsalar da, ən kiçik əməllərdə də səhlənkarlıq göstərmirlər.
Bizim ümidimiz onların ümidindən belə çoxdurmu ki, heç bir əməl etmədən Allahın bizi behiştin ən yaxşı qəsrlərinə aparacağına ümid bağlayırıq?!
Biz, adətən, Allaha çox ümidvar olduğumuzu güman edirik. Lakin Əmirəlmöminin (ə) hamının ovcunu açıb, rüsvay etdi; O buyurdu: “Sizin nə qorxunuz var, nə də ümidiniz. Əgər Allaha ümidvar olsaydınız, əməlləriniz öz təsirini göstərərdi. Hansısa bir şəxsin sizin üçün nəsə bir iş görməsinə ümidvar olduqda onunla necə rəftar edirsiniz?! Həmişə onun xətrinə dəyəcək bir rəftar etməkdən çəkinirsiniz, ona həmişə hörmət edirsiniz və sair. Məgər bircə dəfə ona pis söz deyib, onunla düşmənlik və müxalifətçilik etmisiniz? Bəs Allah ilə necə?”
Həzrət buyurur: “Bəndəyə olan ümidiniz kiçik bir işlə bağlı ikən onunla etdiyiniz rəftarı Allah ilə etmirsiniz; hansı ki, Allaha böyük və əzəmətli işlərdə ümid edirsiniz”.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031