Zühurdan sonra insanlar niyə günahdan uzaq olacaqlar?
Həzrət İmam Zaman ağanın (ə.f) zühurundan sonra bərqərar olan ədalət hökumətinin xüsusiyyətlərindən biri budur ki, insanlara azadlıq bəxş edəcək, onları zalımların əlindən xilas edəcəkdir.
Bu bəşər tarixlər boyu müxtəlif müllətlərin zülmünə məruz qalmış və həqiqi azadlıqdan məhrum olmuşdur. İnsanın bu dünyada ən çox etdiyi günah tamah və hərislikdəndir. O zaman ki, insanın mal və dövləti kifayət qədər olar, bu zaman ictimai izzəti qalxar, baxışları İlahi olar, dünya və onun zinətləri onun üçün dəyərsiz olar və bütün İlahi vədələrin haqq olduğuna yəqinlik əldə edər. Əgər insan yəqinliyə çatsa ki, Qiyamət və məad mövcuddur və axirətin behişt və cəhənnəmini dünyada olanlarla müqayisə etmək olmaz, günah etməsi üçün bir zəminə qalmaz. Bəzi hədislərə istinadə edərək demək olar ki, İmamın (ə.f) zühuru ilə iblisin (lən) ömrü sona çatar və bu məlun qətl olunar. O zaman ki, şeytanın vəsvəsələrinə son verilər, həmin cəmiyyət günahdan uzaqlaşar və Allaha daha yaxın olar. Zühurdan sonra insanların inkişaf və kamalı artacaqdır ki, bu da mənəvi və əxlaqi həyatlarına müsbət təsirlər göstərcəkdir. Ancaq bu insanların əcr və savabı zühurdan əvvəlki dövrdə yaşayanların savabından fərqlənəcəkdir. İmam Sadiq (ə) buyurur: “Batil dövlətdə qorxu ilə bir yerdə olan ibadət, haqq dövlətində olduğu kimi deyildir. Bilin ki, sizlərdən hər biriniz düşməndən gizli və ya aşkar şəkildə vacib namazları vaxtında qılarsa, Allah ona 25 vacib namazın savabını yazar. Hər kim müstəhəb namazı vaxtında düzgün yerinə yetirərsə, Allah ona 10 müstəhəb namazın savabını yazar. O şəxs ki, yaxşı əməl yerinə yetirər, Allah ona 20 yaxşı əməli savabını yazar”. Bu hədis bizlərə bəyan edir ki, zühur intizarında olanların yerinə yetirdikləri ibadət və yaxşı əməllərin savabı daha çoxdur və bəzi hədislərə görə, Həzrət Peyğəmbərin (s) bayrağı altında şəhid olmağa belə bərabərdir. Beləliklə deyə bilərik ki, zühurdan sonra insanlar həqiqi azadlığa çıxacaq və günahın kökləri kəsilməyə başlayacaqdır. Bu dövrdə hər bir kəs kifayət qədər mal və dövlətə sahib olacaqdır ki, bu da tamah və hərisliyi aradan aparacaq və ictimai izzəti artıracaqdır. Nəhayət bu dünya zinətləri insanın gözündə dəyərsiz olacaqdır. /Deyerler.org/ Oxşar xəbərlər
|