İmam Zaman (ə.f) hökümətinin məmurları kimlər olacaqlar?
Mьəllif: admin1
Tarix: 9-11-2017, 21:21
İmam Zaman (ə.f) hökümətinin məmurları kimlər olacaqlar?
İmam Mehdinin (ə.f) quracağı dövlətin başında bizim tarixdən artıq tanıdığımız məhşur şəxlər dayanacaqdır. Onlar həzrət İsa (ə), Kəhf mağarasının yeddi sakini, Musa (ə) peyğəmbərin canişini Yuşe, Ali-Fironun mömini, Salman Farsi, Əbu Ducacə Ənsari, Malik Əştər Nəxəi və Həmdan qəbiləsi olacaqdır. Müxtəlif hədislərdə həzrət İsanın (ə) vəzir, canişin, sərkərdə və hökümətin yüksən məsul şəxsi olduğu qeyd edilir.

İsa (ə) peyğəmbər həzrət Mehdiyə (ə.f) deyər: “Mən vəzir olaraq göndərildim, əmir və başçı olaraq yox”.

Aydın olur ki, həzrət İsa (ə) peyğəmbər həzrət Mehdinin (ə.f) vəziri, sirdaşı və naibi olacaqdır. “O zaman İsa (ə) yerə enər və Həzrət Qaimin (ə.f) maliyyə işlərini öhdəsinə götürər. Əsahibi-Kəhf də Onun arxasında olacaqlar”.

İmam Sadiq (ə) buyurur: Ali-Məhəmmədin Qiyamçısı (Qaim ə.f) qiyam edəndə yeddi nəfər Kəbənin arxasından dirilər. Onlar (aşağıdakılardan) ibarətdirlər: Musanın (ə) qövmündən beş nəfər; onlar haqqa hökm çıxarıb (məhkəmə qurub haqqa hökm ediblər) və ədalətlə rəftar ediblər, yeddi nəfər Əshabi- Kəhf, Musanın canişini Yuşə, Ali-Fironun mömini, Salman Farsi, Əbu Ducacə Ənsari və Malik Əştər.

Bəzi hədislərdə onların sayı 27 nəfər qeyd edilir, 4 nəfərinin Musanın (ə) qövmündən olduğu bildirilir. Başqa rəvayətdə Muğdadın da adı zikr edilir. Həzrət Əlidən (ə) söylənlən bir hədisdə “Həmdan qəbilsi onun vəzirləri olacaqdır” deyilir.

Göründüyü kimi, ideal cahanşümül ilahi dövlətdə ülul-əzm peyğəmbərdən tutmuş, din və tarixin böyük şəxsiyyətləri də təmsil olunacaqlar.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930