Bu gün Həzrəti Peyğəmbərlə (s) Xanım Xədicənin (s.ə) izdivac etdiyi gündür
Mьəllif: admin1
Tarix: 26-09-2023, 10:11
Bu gün Həzrəti Peyğəmbərlə (s) Xanım Xədicənin (s.ə) izdivac etdiyi gündür
Həzrəti Xədicənin (s.ə) evi Qureyş böyüklərinin get-gəl yeri və ticarət mallarının alış-veriş yeri idi. Çox vaxt ehtiyaclılar və yetimlər öz ehtiyacları üçün bura gəlirdilər. Heç vaxt əliboş qayıtmırdılar.

Amma həmin gün orada yeni bir məclis qurulmuşdu və hamı, bəlkə də hamıdan çox Xədicə özü əqd və izdivac mərasiminin baş tutmasının intizarını çəkirdi.
Həmin vaxt Peyğəmbər (s) 25, Xədicə isə 40 yaşında idi.

Məclisdə əqd mərasimini yerinə yetirmək üçün bir neçə Qureyş böyüyü iştirak edirdi. Həmçinin Peyğəmbərin (s) əmiləri və Xədicənin yaxınlarından da bir neçə nəfər orada idi. Xədicənin qohumlarından ən çox tanınmışı əmisi oğlu Vərəqə ibn Nofəl idi.

Onun və digərlərinin çöhrəsindən sevinc hissləri çox yaxşı görünürdü.

Əqd xütbəsi Bəni Haşimin böyüyü və Peyğəmbərin (s) himayəçisi Əbu Talib tərəfindən icra edildi. O xütbənin mətni tarixdə kiçik ixtilafla qeyd edilib. Xütbə belədir:

"Həmd olsun o böyük Allaha ki, bizi İbrahimin (ə) soyundan, İsmailin (ə) nəslindən, Məədin kökündən və Muzərin əslindən yaratdı. Və bizi evin sərpərəstçiləri və hərəmin xidmətçilərindən qərar verdi. Hacıların məqsədi olan Kəbəni bizim üçün əmin-amanlıq hərəmi etdi və bizi camaatın əmr verənləri qərar verdi.

Bu Muhəmməd mənim qardaşım oğludur. Hər hansı bir Qureyş kişisindən fəzilətdə daha üstündür və onlardan hər biri ilə müqayisə olunsa, daha əzəmətlidir. Mal baxımından kasıb olsa da bu, onun məqam və şəxsiyyətini alçaltmaz. Pul və sərvət keçəcək bir kölgədir. Bir gün birinin, o biri gün isə başqasının əlində olan ariyədir.

Allaha and olsun, Muhəmmədin gələcəkdə böyük əhvalatı və məhşur sərgüzəşti vardır. Onun Xədicə ilə, Xədicənin də onunla izdivac etməyə meyli var. İndi onu Muhəmmədin izdivacına verin. Və istədiyiniz hər bir mehriyyə mənim öhdəmdədir, nağd, ya nisyə ödəyəcəyəm.”

Əqd xütbəsi tamamlandı. Xədicənin əmisi oğlu Vərəqə ibn Nofəl, başqa bir sözə əsasən məclisdə iştirak edən atası cavab verdi ki, biz də bu izdivaca razıyıq və onu Muhəmmədin (s) əqdinə veririk.

Bəzi tarix səhifələrindən qeyd olunur ki, Əbu Talib Xədicənin mehriyyəsini 20 dəvə qərar verdi. Digər tarixi qeydlərə əsasən isə mehriyyə 500 dirhəm pul idi. Bu mərasim şadlıq və sevinclə yerinə yetirildi.

Peyğəmbərin (s) göstərişi ilə 2 dəvə kəsilib əqd mərasimi üçün yemək hazırlandı. Xədicə əyninə gəlinlik paltarı geyindi. Əqd mərasimindən sonra Peyğəmbər (s) özünü Xədicənin yanında çox rahat hiss edirdi. Xədicə, Peyğəmbərin (s) ali hədəflərinin inkişafı və işlərinin irəli getməsinə kömək etdi.

Peyğəmbərin (s) Şama etdiyi ticarət səfərindən Məkkəyə qayıtdığı gündən bu əqdin baş verdiyi günə qədər olan müddət 2 ay, başqa bir sözə əsasən 15 gün çəkdi.

Xədicə ilə izdivacdan sonra

Qeyd etdiyimiz kimi Xədicə Peyğəmbər (s) ilə evləndikdən sonra istər besətdən əvvəl, istərsə də besətdən sonra Peyğəmbərin (s) ali hədəflərinin həyata keçməsində ən böyük köməkçilərdən birinə çevrildi.

Çünki Xədicənin Peyğəmbərə (s) olan isdəyi (qadın kişi arasında olan adi məhəbbət əlaqəsi nəzərdə tutulmur) mənəvi eşq və ruhani bağlılıq idi. O, Peyğəmbəri (s) sevirdi. Buna görə ki, onu insani sifətlərdə kamil insan kimi tanıyır və pisliklərdən uzaq bilirdi.

Şərafətli, böyük məqam sahibi, əmin, düz danışan, kərim və təvazökar insanın həyat yoldaşı olması ilə fəxr edirdi. Peyğəmbər (s) vaxtının bir çoxunu camaatı islah etmək, kimsəsizlərə və yetimlərə əl tutmaqda keçirir və nadan insanları pis əxlaq və adətlərdən çəkindirib, cahil camaatın əxlaqını dəyişdirmək barədə düşünürdü.

Xədicə cəmiyyətin islahına aşiq və bağlı bir şəxs idi. O, öz məşuqunu Peyğəmbərin (s) vücudunda tapmışdı. Xədicənin kamalı və şəxsiyyəti, onu digər qadınlardan ayırıb xüsusiləşdirən həmin bu üstünlüyü idi. Elə buna görə Peyğəmbər (s) də onu sevirdi.

Bu ruhi və məhəbbət səbəb oldu ki, Xədicə öz həyat yoldaşını daha yaxşı düşünüb, yaxşı ruhi aramlıqla cəmiyyətin islahına çalışması üçün şərait yaratsın.

Xədicə Peyğəmbər (s) ilə evləndikdən sonra onu ticarət işləri görməkdən çəkindirdi. Bəzi tarixçilərin Peyğəmbərin (s) iki dəfə ticarətlə məşğul olmasını bildirməsi istisna olmaqla o Həzrət (s) yalnız bir dəfə ticarətlə məşğul olub.

Mənbə: Seyid Haşim Rəsuli Məhəllatinin "Peyğəmbərlərin həyatı” kitabı

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031