Bütün bəşər onu gözləyir
Mьəllif: admin1
Tarix: 7-11-2022, 21:27
Bütün bəşər onu gözləyir
Həzrət İmam Zamanın (ə) intizar xəbəri təkcə müsəlmanlara aid xəbər deyildir. Müsəlman olmayan bir çox xalq İmamın (ə.f) gələcəyinə inanır və onun intizarını çəkir.

1. Brahmanlar. Məhdəviyyat mövzusu elə mövzulardandır ki, təkcə müsəlmanlara aid deyildir, az qala bütün dini əqidələrdə bu mövzu mövcuddur.

Əgər başqa dinlərin tarixinə nəzər salsaq görərik ki, hələ qədim zamanlardan bəri bu məsələ ilə maraqlanmış və ona diqqət etmişdilər.

Brahmanlar bu əqidədirlər ki, axəril-zamanda Vişnu zühur edəcəkdir və o, ağ ata minəcək və əlində atəşdən qılıncı olacaqdır. Vişnu brahmanlarla ilə müxalif olanları öldürəcək və dünyanı səadətə bürüyəcəkdir.

2. İngilislər. İngiltərə sakinləri hələ qədim zamanlardan bəri Arturun intizarını çəkirlər. Onlar deyir: o, bir gün zahir olacaq və Sakson millətini dünyada qalib edəcəkdir və səadəti onlara nəsib edəcəkdir.

3. Germanlar. Germanlar bu əqidədirlər ki, onların tayifasından bir nəfər qiyam edəcəkdir və germanları dünyaya hakim edəcəkdir.

4. Xristianlar. Xristianlar bu əqidədirlər ki, İsa Məsih (ə) onların xilasçısıdır. Bundan başqa böyük bir xilasedənin də haqqında xəbərlər vardır ki, onun yolunu gözləyirlər.

5. Yəhudilər. Yəhudilər bu əqidədirlər ki, axəril-zamanda Maşiah gələcək və padşahlıq edəcəkdir.

6. Slavyanlar. Slavyanlar bu əqidədədirlər ki, dünyanın şərqindən bir nəfər zühur edəcək və bütün slavyanları birləşdirəcəkdir.

7. Qədim iranlılar. Qədim İran tarixində oxuyuruq ki, İranın pəhləvanı olan Gərzaspə diridir və yatmışdır. Onu yüz min mələk qoruyur. Bir gün yuxudan ayılıb qiyam edəcəkdir.

İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Məndən sonrakı İmamlar on iki nəfərdirlər. Onların birincisi Əli ibni Əbitalibdir (ə) və sonuncusu Həzrət Xatəmil-Övsiyadır ki, onlar mənim canişinim və mənim ümmətimə hüccətdirlər. Hər kim onların imamətliyini etiraf edər – mömindir. Hər kim onları inkar edər – kafirdir”.

Bu deyilənlərdən sonra bu nəticəyə gəlmək olur ki, müsəlmanın vəzifəsi həqiqi xilasedicini dünyaya tanıtmaq və onun buyurduqlarını bəşərin qulağına çatdırmaqdır.

Bəli, bu gün bəşərin bu xilasediciyə ehtiyacı vardır və biz müsəlmanlar gərək onu dünyaya tanıdaq ki, kimin intizarında olduqlarını hamı bilsin. Dünya gərək onun gəlişinə hazır olsun ki, zühuru baş versin. Zalımların hakimiyyətini devirib, ədaləti bərqərar etsin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031