Cəhənnəmdə bitən Zəqqum ağacının meyvələri kimin üçündür?
Mьəllif: admin1
Tarix: 9-11-2017, 21:28
Cəhənnəmdə bitən Zəqqum ağacının meyvələri kimin üçündür?
Necə ki, insan bu dünyada həm cismi və həm də ruhu ilə bir iş görər, axirətdə aldığı mükafatlar və çəkəcəyi cəzalar da həm ruhanidir, həm də cismani. Quran, günahkarları pis əməllərindən çəkindirmək üçün onları cəhənnəm əzabı ilə, xüsusilə də cəhənnəm yeməkləri və içəcəkləri ilə qorxudur.
Belə ki, buyurur: “Qonaq olmağa (ziyafət üçün) bu daha yaxşıdır, ya (Cəhənnəmdəkilərin qonaqlığı üçün olan) «zəqqum» ağacı?! Həqiqətən, Biz onu zalımlar üçün bir əzab vasitəsi etdik”. (“Saffat” 62-63).
“Şübhəsiz, (Cəhənnəmin dibində bitən və budaqları onun bütün təbəqələrinə çatan) Zəqqum ağacı peşəsi günah olan kəsin yeməyidir”. (“Duxan” 43).
“Mütləq (görünüş, dad və iyi pis olan) zəqqum ağacından yeyəcəksiniz.Beləliklə qarınları(nızı) onunla dolduracaqsınız.
Onun üstündən qaynar su içəcəksiniz”. (“Vaqiə” 52-54).
“Zəqqum” sözü “zəqəm” sözündən götürülmüş, mənası “udmaq” deməkdir. Bəzilərinin dediyinə görə, bu söz Həbəşədən ərəblərin dilinə gəlmişdir. Hər bir halda pis görünüşlü, acı, ləzzətsiz, pis iyli, zəhərli bir bitkinin adıdır ki, bədənə dəyən kimi bədən şişər. Yarpaqları kiçikdir və cəhənnəm dərəsində bitər. Cəhənnəm əhlinin yeməyi sayılar.
“Saffat” surəsi zəqqum ağacının üç xüsusiyyətini bizə bəyan edir: biri budur ki, günahı sevənlərin yeməyidir. İkincisi budur ki, qurğuşun və ya mis kimidir. Üçüncüsü isə insanın qarnında qaynayan su kimi səs çıxardar.
Bəli, Əbu Cəhl, Əbu Süfyan, Müaviyyə, Yezid lənətliklər kimiləri cəhənnəmdə ağacın cücərəcəyinə təəccüb etsələr də, Allah hər şeyə qadirdir. Hər nəyi iradə etsə yerinə yetər. Və zalımlar bu ağacın məhsulundan mütləq dadacaqlar.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031