Böyük Ariflərin ölüm anlarında baş verənlər
Mьəllif: admin1
Tarix: 21-07-2021, 10:58
Böyük Ariflərin ölüm anlarında baş verənlər
Mərhum Ayətullahul-üzma hacı Seyyid Əhməd Xansari oxşarsız ruhanilərdən idi. O dünyasını dəyişərkən, həyatının son anlarında belə buyurur: dünyadan gedirəm, lakin əlim boşdur. Əlbəttə bir şeyə ümidim var və o imam Huseynə (ə) tökdüyüm göz yaşlarıdır.

Onun ailəsi belə buyurur: Bir gün onun yatdığı otaqdan səs gəldiyini, söhbət etdiyini eşitdim. Öz-özlüyümdə dedim: İlahi, axı otaqda kimsə yox idi?! Yaxud da o telefonla zəng etmədi.

Bəlkə bizim diqqətimiz olmayıb onu sevənlərdən kimsə qapını açıq otağa daxil olub. Daha sonra mane olmaq istəmədim və otağa daxil olmadım. Bir qədər sonra isə səs kəsildi.

Mən özüm belə ölümləri çox görmüşəm. Bir neçə nəfər can verəndə onların başı üzərində olmuşam. Hələ də gözümün qabağındadır, söhbət edirdilər. Dünyadan köçdükləri an söhbətləri kəsildi.

Ailəsi belə deyirdi: Mən daha sonra gedib otağın qapısını açdım və gördüm ki, heç kim yoxdur. Soruşdum: Ağa, özünüzlə danışırdınız? Buyurdu: Yox, burda bir kəs var idi.

Dedim: Kim idi? Buyurdu: Ölüm mələyi. Sonra mən soruşdum. Bəs siz necə dirisiniz? Buyurdu: mən ona dedim ki, məni aparmaq üçün gəlmisənmi? Dedi: xeyr, sənə baş çəkməyə gəlmişəm. Gələn həftə gələcəm səni aparmağa.

Ailəsi deyir ki, onun ölümdən bir həftə, özündə olmadığı halda Ədilə duasını oxuyurdu. Zamanı elə nizamlamışdı ki, ölümdən öncə 12 min dəfə “la ilahə illallah” desin və son zikrini deyəndən sonra dünyadan getsin.

Bu la ilahə illallah zikrinə başlamamışdan öncə ailəsinə demişdi: Mənim dünya malından tək bir şeyim bu kiçik xalçadır, onu satın və pulunu bir şəxsə verin ki, mənim üçün namaz qılıb, oruc tutsun.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930