Əxlaq Ustadı Möhsün Qiraətinin ən böyük arzusu
Möhsün Qiraəti öz xatirələrini nəql edərkən ən böyük arzusunu belə açıqlayır:
“Gənc yaşlarımda Axund Molla Əli Həmədaninin xidmətinə yetişdim. Ondan belə bir sual etdim: Əgər siz bilsəniz ki bir dua edəcəksiniz və müstəcab və qəbul olacaq, hansı duanı edərdiniz. Axund Molla Əli Həmədani buyurdu ki Allahdan istəyərdim məni bağışlasın. Mən təəccüb etdim ki bu arif və alim insanın Allahdan necə də sadə və bəsit bir istəyi var. Hal bu ki mən öz beynimdə daha böyük arzularla yaşayırdım. Amma indi ki yaşım 50-i ötüb, bu qədər məsuliyyətim, mütaliəm, kitabım, radio və televiziyalarda çıxışlarım var, bu nəticəyə gəlmişəm ki, o arifin və o cənabin istəyi olan aqibətimizin xeyirli olması elə mənim də indiki ən böyük istəyimdir.” Oxşar xəbərlər
|